Biz Şuşanın gözəlliyini, mədəniyyətini bərpa edəcəyik - Nazir
Rəşadətli ordumuz qanı və canı bahasına, qəhrəmanlıq və şücaət göstərərək gərgin mübarizə nəticəsində Şuşamızı bizə qaytardılar.
Bunu Mədəniyyət naziri Anar Kərimov jurnalistlərə deyib.
O qeyd edib ki, 28 illik həsrətdən sonra Şuşa yenə də öz tarixi sahiblərinə qayıtdı: “Fürsətdən istifadə edərək bildirirəm ki, şəhidlərimizin ruhu, onların ailələri qarşısında baş əyirik. Onların canı, qanı hesabına bu gün biz bu günü qeyd edirik. Allah şəhidlərimizə rəhmət etsin. Şuşadan olan dahi şəxsiyyətlərimizin ruhları şad olsun ki, gözəl Şuşamız düşmən tapdağından azad olundu.
Biz Şuşanın gözəlliyini, mədəniyyətini bərpa edəcəyik. Əminəm ki, gələn il sizinlə birlikdə Şuşada böyük bir təntənəli tədbir, konsert keçirəcəyik, bizim görkəmli sənəd ustaları həmin konsertdə bizi sevindirəcəklər. İnşallah biz Şuşada cıdır düzündə Qarabağ atları üstündə çövkən oyunu keçirəcəyik və 28 may bayramını Cıdır düzündə qeyd edəcəyik.
Dünən Rusiyadakı səfirimiz Polad Bülbüloğlu ilə danəşdım, onunla bu sevinci paylaşdıq və Polad müəllim bildirdi ki, gələcəkdə Şuşada bir konsert verəcək”.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb