XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "Baku Electronics" üçün müştəri məmnuniyyəti önəm daşımır... - NARAZILIQ...

"Baku Electronics" üçün müştəri məmnuniyyəti önəm daşımır... - NARAZILIQ...

"Baku Electronics" üçün müştəri məmnuniyyəti önəm daşımır... - NARAZILIQ...
20-10-2020, 11:42

"Baku Electronics-in "İnşaatçılar" filialından "İphone 11" alınıb və bildirilib ki 14 gün ərzində hər hansl bir problem olarsa qaytarmaq mümkündür". DİA.AZ bildirir ki, bu sözlər Bakı sakini Nigar Şirinin şikayətində yer alıb.

Narazı vətəndaş daha sonra yazır: "Aldığımızın 9cı günü telefonun batereykaslna diqqət etdik ki,axşamdan telefon 100% ilə qoyulur səhər dururuq ki , 78,79 % dir . Bunuda deyim ki,necə alınıb elədə qalıb heç bir sosial şəbəkə yüklənməyib və wi fi dan da istifade olunmayıb. Bu nə dərəcə normal haldır ?!
Evdə digər telefonlar var 7+, 8 -onlar 3 ildi istifadə olunur onlarda belə,heç belə hal oımur.
Yaxınlşadıq aldığımız mağazaya deyildi ki,service aparın. Servicdə deyir ki heç bir problem yoxdur , problem yoxdursa bu necə ola bilər bəs ? Telefon heç bir sosial şəbəkə istifadə etmədən gecədən səhərə necə 20 % düşə bilər ? Və Ərizə yazdıq . Sonra Məsul şəxsə bildirirəm ki,sizcə normal haldır mı telefonun bele batereya itirməsi ?
-Deyir ki , yox .
Deyirəm Bəs bu hala biz nə edək ? deyir ki mənlik birşey yoxdur , ərizəyə baxılıb sənəddə necə olacaqsa qərar da elə olacaq . Və 1 həftəyə cavab çıxacaq deyilənə görə .
Onuda vurğulayım ki ərizə yazdıqdan sonra telefonu götürə bilərsiniz dedilər və telefon da bizdədir.
Qaytarmaq da olmur çünki ən azı 30% (600azn ) məbləğimizdən çıxılacaq . Sadəcə dəyişdirilməyini istədik ama problem yoxdusa necə dəyişək dedilər..
Bu hal ilə qarşılasan vəya başına gələn kimsə varmı? Çünki təxmin edirik ki yenə deyiləcək ki heç bir problem yoxdur .
Bu halda nə edə bilərik?"

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.