Tanınmış psixoloq şəhidin döyüşçü qardaşını qəbul etmədi - ŞİKAYƏT
Tanınmış psixoloq Elmir Əkbər şəhid ailəsinə etinasızlıq göstərib.
Belə ki, psixoloq ona müraciət edən şəhid ailəsini konsultasiyaya qəbul etməyib.
Şəhidin anası Gültəkin Paşayeva Cebhe.info-ya tanınmış psixoloqdan şikayət edib.
O bildirib ki, psixoloqun qəbuluna düşmək üçün köməkçisinə zəng edib:
“Köməkçisinə zəng etdim ki, psixoloqla bizi görüşdürsün. O da dedi ki, bir saatdan sonra zəng edin. Hər dəfə “bir saatdan sonra” deyildi, amma bizi qəbul etmədilər. Mən onlara bildirdim ki, oğlum sabah səhər yenidən döyüş bölgəsinə getməlidir, bizi psixoloqla görüşdürün Bu zaman psixoloq bildirdi ki, sizi daha sonra yığacağam, indi yanımda adam var. Sonda da dedi ki, bu gün vaxtım yoxdur. Daha sonra mənə “Sabah saat 6 üçün gəlin” dedilər. Amma daha gec idi, oğlum qayıtmalıydı”.
Şəhid anası bildirib ki, müharibə başlayandan bəri hər iki oğlu da döyüş bölgəsində olub. Onlardan biri Paşayev Samir döyüşlərdə qəhrəmancasına şəhid olub. Bu zaman hadisəyə şahid olan onun qardaşı ağır psixoloji travma alıb. Qardaşının dəfni üçün iki günlük Bakıya göndərilən döyüşçünün ailəsi ona psixoloji dəstək göstərmək üçün tanınmış psixoloqa müraciət etsə də, müraciət etinasızlıqla qarşılanıb.
Qeyd edək ki, bizim də psixoloqla danışmaq cəhdimiz alınmayıb.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb