SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakının Nərimanov rayonunda ağaclar məhv edilir, ETSN isə susur – YENİ FOTOLAR

Bakının Nərimanov rayonunda ağaclar məhv edilir, ETSN isə susur – YENİ FOTOLAR

Tarix:

12-10-2020, 12:59

/ 977 dəfə oxundu.
Bakının Nərimanov rayonunda ağaclar məhv edilir, ETSN isə susur – YENİ FOTOLAR

Bakının Nərimanov rayonunda, Fətəli Xan Xoyski 98A ünvanında ağacların əvvəlcə budandığı, sonra isə tikinti işlərinin həyata keçirildiyi ilə bağlı xəbəri sentyabrın 20-də vermişdik.

Pravda.az-a verilən məlumatda bildirilirdi ki, həmin ağaclar tikinti ərazisində sıxılmış vəziyyətdə qalıb. Hətta bəzilərinin kəsildiyi deyilirdi.

Sakinlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etsələr də, indiyədək heç bir tədbir görülməyib.

Onlar növbəti dəfə redaksiyamıza müraciət edərək yeni fotolar təqdim ediblər. Sakinlər ərazidəki ağacların tikintiyə maneə olduğundan qurudulduğunu ehtimal edirlər.

“Ağaclar ya kəsiləcək, ya da qurudularaq sıradan çıxarılacaq. Şəhərin müxtəlif yerlərində belə hadisələr dəfələrlə baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin isə susması başa düşülən deyil. Onlar bu işə məsuldurlar. Maraqlanmalıdırlar, məlumat verməlidirlər, bəlkə həmin ağaclara “qayğı” göstərilir, xəbərimiz yoxdur?!” – qeyd olunub.
Bakının Nərimanov rayonunda ağaclar məhv edilir, ETSN isə susur – YENİ FOTOLAR










Şərhlər

XƏBƏR LENTİ