Əli Əsədov QƏRAR VERDİ
- 6-10-2020, 17:06
- 977
Təqdim edilən layihə elmi-tədqiqat işlərinin keyfiyyətinin və praktik əhəmiyyətinin, onlara çəkilən xərclərin səmərəliliyinin artırılması məqsədilə AMEA-nın İqtisadiyyat İnstitutunda yeni maliyyələşmə mexanizminin praktik fəaliyyət prosesində sınaqdan keçirilməsi üçün təklif olunur.
Qaydada elmi tədqiqatların baza və sifarişlər əsasında maliyyələşdirilməsi nəzərdə tutulur. Sifarişlər üzrə maliyyələşmə üçün dövlət qurumlarının real ehtiyaclarının müəyyənləşdirilməsi üzrə razılaşmalar əsasında sifarişçi dövlət qurumuna məqsədli maliyyə vəsaitinin ayrılması proseduru müəyyən edilib.
Pilot layihənin icrası nəticəsində iqtisadi tədqiqatların praktik əhəmiyyətinin yüksəlməsi və bilavasitə dövlət qurumlarının real ehtiyaclarına hədəflənməsi, o cümlədən müxtəlif səviyyəli hüquqi sənəd layihələrinin, konsepsiya və proqramların hazırlanması və ya ekspertizadan keçirilməsi məqsədilə effektiv maliyyələşmə mexanizminin yaradılacağı gözlənilir.