"Nar”ın baş sponsorluğu ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir
Ölkənin ən maraqlı və baxımlı intellektual yarışı olan “Breyn Rinq”in 16-cı mövsümü “Nar”ın baş sponsorluğu ilə yenidən start götürür. Hər zaman gənclərin intellektual inkişafına xüsusi önəm verən “Nar”, artıq 8 ildir ki, “Breyn Rinq” intellektual yarışının baş sponsorudur. Bu mövsüm mübarizəyə ölkə üzrə 6 region və 6 universiteti təmsil edən 16 komanda qoşulub. Yarış hər həftənin cümə günü saat 19:50-də İctimai Televiziyada yayımlanacaq.
Builki mövsümün özəlliyi yarışın pandemiya şərtlərinə uyğun olaraq keçirilməsidir. Belə ki, hər buraxılışda tamaşaçıların iştirakı olmadan sadəcə iki komanda yarışacaq. Bundan başqa yarışda iştirak edən hər bir komanda və heyət üzvü çəkilişdən öncə COVİD-19 testindən keçməlidir.
Qeyd edək ki, “Bilik” kuboku və “Nar” tərəfindən təsis edilmiş “Nar” kubokunun qalibləri Azərbaycan çempionu titulu uğrunda yarışmaq hüququ əldə edir. Bu mövsüm isə komandalar “Bilik” kuboku uğrunda mübarizə aparacaq. “Bilik” kubokunu qazanan komanda isə ötən mövsüm “Nar” kubokunun qalibi olmuş “Nar” komandası ilə “Breyn Rinq 2020” Azərbaycan çempionu titulu uğrunda mübarizə aparacaq.
“Nar”ın təhsilin inkişafına yönəlmiş digər layihələri ilə Nar.az səhifəsindən tanış ola bilərsiniz.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb