XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Əli Əsədovdan “Mediasiya haqqında” qanunla bağlı QƏRAR

Əli Əsədovdan “Mediasiya haqqında” qanunla bağlı QƏRAR

Əli Əsədovdan “Mediasiya haqqında” qanunla bağlı QƏRAR
23-09-2020, 11:41

Nazirlər Kabineti “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə”, “Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” və “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərarlarda dəyişiklik edib.

Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Yeni qərar “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 19 iyun tarixli 133-VIQD nömrəli Qanununun tətbiqinin təmin edilməsi məqsədilə hazırlanıb.

“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliyə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak ilə bağlı olan müddəalar 2020-ci il iyulun 1-dən yox, 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

Bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli, 16 avqust tarixli 360 nömrəli və 5 sentyabr tarixli 385 nömrəli qərarlarında qüvvəyə minməsi ilə bağlı dəyişikliklər edilib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.