XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Sığınacaq sakinindən Kəmalə Ağazadəyə ittiham: - "Dayıma şər atmağa məcbur etdi..."

Sığınacaq sakinindən Kəmalə Ağazadəyə ittiham: - "Dayıma şər atmağa məcbur etdi..."

Sığınacaq sakinindən Kəmalə Ağazadəyə ittiham: - "Dayıma şər atmağa məcbur etdi..."
22-09-2020, 18:33

Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə haqqında növbəti dəfə ittihamlar səsləndirilib. Cebhe.info xəbər verir ki, bu dəfə “Space” TV-də yayımlanan “Gəl dərdini danış” verilişində QHT rəhəbri barədə iddialar gündəmə gəlib.

Ləman S. adlı qız dayısına şər atdığını və Kəmalə Ağazadənin ona bu addımdan geri çəkilməyə imkan vermədiyini bildirib. Məhkəmə Ləmanın dayısının 12 il azadlıqdan məhrum edilməsi barədə qərar verib. Ləman iki il əvvəl sığınacağa aparılıb və qisas məqsədi ilə dayısına şər atdığını bildirib:

“Evdəkilər məni sığınacağa aparıb qoydular. Mən də onlardan qisas almaq üçün dayıma şər atdım. Sonra peşman oldum. Nə qədər cəhd elədim ki, yalan danışdığımı polislərə və hakimlərə deyim, amma Kəmalə Ağazadə buna imkan vermədi. Məhkəmədə istədim ki, qalxıb “Yalan danışmışam” deyim. Kəmalə Ağazadə əlimdən sıxdı, imkan vermədi ki, sözümü deyim. Dayım əbəs yerə həbsxanada yatır”.

Kəmalə Ağazadə də proqrama qatılaraq ittihamlara aydınlıq gətirib:

“Mənim nə marağım ola bilər ki, belə bir şey edim? Kəmalə hakim deyil ki, qərar versin. Bu uşaq 2 il bizim yanımızda qaldığı müddətdə dəfələrlə onunla söhbət aparılıb. Bunu mən yox, məhkəmə tibbi ekspertizası keçirib. Uşağın anlaqlı olduğu deyilib. Bu uşaq dönə-dönə qohumlarına da demişdi ki, dayım mənə qarşı belə hərəkətlər edir. Necə olur ki, xala da, nənə də təsdiqləyir ki, belə bir şey olub. Sonra isə deyirlər ki, bizə təzyiq oldu. Bu, ağır bir cinayətdir”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.