SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "TREND"in Baş direktoru ilə bağlı Kreml ittihamı - HESABAT, SƏNƏDLƏR

"TREND"in Baş direktoru ilə bağlı Kreml ittihamı - HESABAT, SƏNƏDLƏR

Tarix:

18-09-2020, 11:58

/ 2 359 dəfə oxundu.
"TREND"in Baş direktoru ilə bağlı Kreml ittihamı - HESABAT, SƏNƏDLƏR

Xəbər verdiyimiz kimi, “Dossier.center” saytında yayımlanmış "Как Кремль вмешивается во внутреннюю политику соседних стран Часть четвертая: «Борода» из Еревана и мягкая сила в Баку" sərlövhəli araşdırma yazıda qeyd edilir ki, "ГРУ" zabiti Valeri Çernışovun sənədləri arasında, Kremlin maraqları naminə istifadə ediləcəyi iddia edilən Azərbaycan vətəndaşlarının siyahısı olub. 76 nəfərdən ibarət olan siyahıda tannmış siyasətçilərin, ictimai xadimlərin, jurnalistlərin, politoloqların, universitet dekanlarının və perspektivli tələbələrin adları yer alıb. Siyahıda olan adlardan 16-sı isə xüsusi rənglə vurğulanıb.

Dominant.az xəbər verir ki, məlum yazıda “Trend” İnformasiya Agentliyinin Baş direktoru İlqar Hüseynov barəsində də ittihamlar yer alıb.

Yazıda qeyd edilir:
“Bundan əlavə, Köhnə meydanda çox məşhur bakılılar haqqında obyektiv arayışlar əldə ediblər - məsələn, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş polkovniki və “Trend” informasiya agentliyinin sahibi İlqar Hüseynov ilə gizli görüşlər barədə hesabat:

“Rusiyapərəst mövqe tutur. Ümumi maraqlar naminə işləmək istəyini bildirir. Şəxsi söhbətlərində, artan Türk təsirinə qarşı mənfi münasibəti daim vurğulayır. Hüseynovun əsas şəxsi gəliri "Trend" informasiya agentliyinin layihələri ilə bağlıdır. Asiya və Orta Şərq informasiya mübadisləsində aktiv işləyir. Türkmənistandan olan informasiya sferası ilə sıx əlaqələri var".

Təxmin etdiyiniz kimi, tezliklə keçmiş “MQB” polkovniki Hüseynovun pasportunun bir nüsxəsi general Çernovun masasında olacaq və özü də Kreml administrasiyasının təşkil etdiyi müxtəlif seminarların daimi iştirakçısı olacaq. “Dosye”nin Azərbaycandakı mənbəyi bildirib ki, yerli xüsusi xidmət oraqanları Moskva ilə münasibətləri korlamaqdan qorxurlar:

“Rus kəşfiyyatı burada özünü evdəki kimi hiss edir. Özün başa düşürsən ki, Rusiya bizə ən son silahları verir. Polkovnik Olaxın Rusiya səfirliyinə təyin olunması çox açıq göstəricidir. Adam casusluq etdiyinə görə Avropadan qovuldu və sonra Bakıya göndərildi. Əks kəşfiyyat xidmətimiz səsini belə çıxartmadı”.

“Dosye”mərkəzinin aşkar etdiyi kimi, “ГРУ” zabiti Aleksey Olax, Rusiyanın Fransadakı ticarət nümayəndəsi adı altında xidmət edirdi. 2017-ci ildə Fransa Xarici İşlər Nazirliyinin bir işçisindən gizli sənədlər alarkən cinayət başında tutuldu. Prezident Emmanuel Makronun əmri ilə Olax Fransadan qovuldu və tezliklə Rusiyanın Azərbaycandakı səfirliyinin müşaviri vəzifəsinə təyin edildi”.

Dominant.az
"TREND"in Baş direktoru ilə bağlı Kreml ittihamı - HESABAT, SƏNƏDLƏR

Şərhlər

XƏBƏR LENTİ