XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Sumqayıtda 13 saylı yataqxanın sakinləri etiraza qalxıb-VİDEO

Sumqayıtda 13 saylı yataqxanın sakinləri etiraza qalxıb-VİDEO

Sumqayıtda 13 saylı yataqxanın sakinləri etiraza qalxıb-VİDEO
15-09-2020, 09:45

Sumqayıt şəhəri, 2-cı mk/rayon, 13 saylı yataqxanın sakinləri prezident İlham Əliyevə, vitse-prezident Mehriban Əliyevaya, baş nazir Əli Əsədova müraciət edərək kömək istəyiblər. Onlar bildirir ki,1962-ci ildən əsası qoyulmuş 13 saylı yataqxana hal-hazırda uçub dağılmaq təhlükəsi altındadır.
Dəfələrlə verilən şikayətlərdən sonra Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin rəisi Cəbrayıl Xanlarov və diğər səlahiyyətlilər bu yataqxanaya baxış keçirib. Qeyd edilib ki, bu yataqxana sökülməli olan binalar arasında siyahıda birincidir.

10.12.2009-cu ildə Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı aparatı tərəfindən yataqxana sakinlərinə ünvanlanmış cavab məktubunda deyilir ki, mövcud vəziyyət baradə Nazirlər Kabinetinə məlumat verilib.
Lakin indiyənədən köçülülmə baradə məlumat yoxdur.
Sakinlərin orda qalması hər an faciəyə səbəb ola bilər. Pilləkanlarla adi yuxarı qalxıb enmək belə təhlükəlidir. Bir neçə il əvvəl yaşlı kişi pilləkanda yıxılaraq can verib. İnsanın hətta ən pis şəraitdə yaşaması üçün burda şərait yoxdur.
Qafqaz.tv bildirir ki, bu arada bəzi məmurların pul iştahı da sakinləri hiddətləndirib.
Sumqayıt İH-də Mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsinin müdiri Sədaqət Əsadova yayaqxananın girişində iki otağı zəbt etdirərək təmir etdirir.
Sakinlər deyir ki, Sədaqət Əsədova köçürülmə başlayana kimi bu otağa kimisə rəsmiləşdirib adına pul götürmək fikrindədir. Yəni kimsə şakinlərə düşən pul vəsaitinə şərik olacaq.
Bu xanımın tək bir binada neçə mənzili olması, dəbdəbəli həyatı baradə informasiyalar aldıq.
Düşünürük ki, icra başçısı Sədaqət Əsədovanın bu işlərindən xəbərsizdir. Hər halda İH bu məsələyə rəsmi aydınlıq gətirsə mövqelərin dərc edəcəyik.
Hansısa xırda məmurun əhalini mövcud iqtidardan narazı saldırması yolverilməzdir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.