XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Neftçilər xəstəxanasında Seyidbəyov, Yüzbaşı, Minbaşı.. -Neftçilər(in) xəstəxanasında neftçilərdən çox başqa xəstələr var

Neftçilər xəstəxanasında Seyidbəyov, Yüzbaşı, Minbaşı.. -Neftçilər(in) xəstəxanasında neftçilərdən çox başqa xəstələr var

Neftçilər xəstəxanasında Seyidbəyov, Yüzbaşı, Minbaşı.. -Neftçilər(in) xəstəxanasında neftçilərdən çox başqa xəstələr var
11-09-2020, 01:09

Mərkəzi Neftçilər Xəstəxanası ilk əvvəllər Dövlət Neft Şirkətinin (SOCAR) tabeçiliyində idi və əsasən xəstəxananı SOCAR maliyyələşdirirdi. Və xəstəxanada əsasən neftçilər müalicə olunurdu.
Sonra nə baş verdisə bir günün içində Mərkəzi Xəstəxana verildi Səhiyyə Nazirliyinin tabeçiliyinə.
Yayılan məlumatlardan belə aydın olurdu ki, guya SOCAR xəstəxananı maliyyələşdirmədə çətinlik çəkib. Ancaq gerçək səbəb bəlli olmadı.
Ümumiyyətlə, bu başı bəlalı xəstəxanaya kimləri direktor, kimləri baş həkim, birinci müavin gətirmədilər, tez-tez kadrları dəyişdilər. Gah Seyidbəyovlar, gah Yüzbaşovlar, gah Minbaşıyevlər gəldi-getdi...hətta lap sonda Qubadan bir həkim tapıb gətirdilər baş həkim qoydular. O da az müddətdən sonra vəzifədən getdi.
Bir sözlə, o boyda Səhiyyə Nazirliyi Neftçilər xəstəxanasına normal bir kadr təyin edə bilmir.
Təsəvvür edin, xəstəxanada kağız üstə maaş-əmək haqqı 600 manatdırsa, realda 4-5 mindir, yəni xəstəxanada həmişə qara mühasibatlıq olub. Əməliyyatların qiymətləri də kağız üstə bir cür realda tam fərqlidir. Görün dövlət büdcəsindən nə qədər vergi yayındırılır. Bu cinayətdir. Bəs müvafiq orqanlar hara baxır ?
Yuxarıda minbaşı, yüzbaşı ifadəsini boş yerə işlətmədik. Bəli, Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi, direktorun birinci müavini bir zamanlar Həbib Yüzbaşov idi, sonra azad edildi.
O vaxtlar Yüzbaşovun müsavatçı olduğunu, tez-tez siyasi tədbirlərdə iştirak etdiyini söyləyirdilər. Bu gün Yüzbaşovun əli yenə xəstəxananın üstündədir və köhnə politikabazlığından əl çəkmir.
Ən biabırçısı isə odur ki, adı Neftçilər Xəstəxanası olan tibb ocağında NEFTÇİ-dən çox başqaları müalicə olunur. Niyəsini növbəti yazıda oxuya bilərsiniz.
gundelik-baku.com

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.