LNS şirkəti Müstəqil Təmsilçilərinə xəbərdarlıq etdi!
- 9-09-2020, 22:22
- 2 453
Ölkədən kütləvi şəkildə heç bir bank əməliyyatı olmadan daxili valyuta ilə pul çıxır və əvəzində məhsul, xidmət göstərilmirsə, vergi verilmirsə bu ölkə iqtisadiyyatına kütləvi ziyan vurmaq deməkdir. Ölkəmizin bu ağır günlərində pandemiya ilə mübarizə dövründə iqtisadiyyatımıza bu qaydada ziyan vurmaq vətəndaş olaraq məsuliyyətimizi xırda qazanclara dəyişməyimizdən irəli gəlir. LNS şirkəti bir daha vətəndaşları diqqətli olmağa pramida və ya ponzi sistemlərinə aldanmamağa, yalan vədlərə inanmamağa çağırır.
Əgər sizlərə hansı bir şəbəkəli biznes təklif olunarsa, ortada məhsul, alış- satış yoxdursa, qanuni qeydiyyatı olmayan bir şirkətdirsə ondan uzaq olmağı tövsiyyə edirik. Bir daha qeyd edirik, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində qeydiyyatı olmayan bir sistemdən uzaq olmağınız məsləhətdir.