SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Gömrüklə bağlı son dəyişiklik əlilləri necə "VURDU"... - Prezidentə müraciət olundu

Gömrüklə bağlı son dəyişiklik əlilləri necə "VURDU"... - Prezidentə müraciət olundu

Tarix:

7-09-2020, 11:19

/ 734 dəfə oxundu.
Gömrüklə bağlı son dəyişiklik əlilləri necə "VURDU"... - Prezidentə müraciət olundu

Əlilliyi olan şəxslər Prezident İham Əliyevə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Gömrük Komitəsinə, Dövlət Vergi Xidmətinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət ediblər.

Dominant.az xəbər verir ki, müraciətdə dövlət başçısından və dövlət qurumlarından əlilliyi olan şəxslərə öz biznesini qurmaqda dəstək vermələri xahiş olunur:

"Biz əlilliyi olan şəxslər olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xahiş edirik ki, Vergililər və İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi və digər məsul dövlət orqanlar ilə anlaşaraq əlillərə öz biznesini qurmağina dəstək versinlər.

1. Əlilliyi olan şəxs "Online ticarət" yolu ilə xaricdən gətirilən hər hansı məhsul gömrük rüsumundan azad edilsin.

2. Əlilliyi olan şəxsin özü sərhədi keçərək özü ilə müəyyən limitdə aliş-veriş edib ölkəyə gətirib satmasına şərait yaradılsın.

3. Əlil sahibkarlar ilk 6 ay ərzində vergidən tam azad olsun. Sonrakı aylar 2-5% dən çox olmayan vergi ödənilsin və ya vergidən tam azad olunsun.

4. Hər öz biznesini quracaq əlilliyi olan şəxsə biznes qurması üçün 1000-3000 azn vəsait ayrılsın, vergidə güzəşt edilsin, alacağı aylıq məhsulun limiti artırılsın.

5. Sui-istifadə hallarının olmaması üçün tədbir görülsün.

6. Bu layihə "əlillərin özunəməşğulluq proqrami"nin bir hissəsi sayılsın.

7. Əlilliyi olan sahibkarlara (1-ci qrup əlillər daxil olmaqla) güzəşli kreditlər verilsin.

8. Özünəməşğulluq proqramına onlayın ticarət mövzusu əlavə edilsin.

9. Xaricdən öz vəsaiti hesabına əlil arabası alan əliliyi olan şəxs gömrük rüsumundan azad edilsin.

İkinci təklifimiz PayPal Hamıya məlum olduğu kimi əlil şəxslərin əksəriyyəti fiziki iş görə bilmir və bir çoxu oturaq həyat tərzi sürür, vaxtının çoxunu internetdə keçirir. Əl işlərini xarici saytlarda daha baha qiymətə satma şansları ola bilər. Xaricə satmaqları üçün, xarici saytlarda özlərinə online olaraq mağaza açmaqlari üçün ölkədə PayPal pul ödəmə pul qəbul etmə sistemi olmalıdır.

Nəzərinizə çatdıraq ki, Paypal Gürcüstandan fərqli olaraq ölkəmizdə 2-tərəfli işləmir. Yəni ki, PayPal ilə pul göndərmək olur, pul qəbul etmək olmur. Məsələn, xaricə online olaraq e-Bay saytında satacağımız hər bir məhsulun pulu PayPal hesabımıza gəlməlidir, ölkəmizdə də PayPal bir tərəfli işlədiyi üçün pul qəbul etmək olmur. Beləliklə 10-minlərlə əlil və ya sağlam, bacarıqlı gənclərimiz işsiz qalır. Təkrar edirik ki, bu sistem həm də sağlam gənclərimiz üçün çox vacibdir. Bu sistemi ölkəmizdə tətbiq edilsə, iqtisadiyatımız daha da inkişaf edər, ölkəyə xarici valyuta axını baş verər. Online ticarətə də bir əngəl də AZƏRPOÇTun yüksək tarifləridir. Əlil şəxsin xaricə 20 manata satacağı 1-kiloqramlıq əşyaya görə 20 azn də poçtpulu ödəməlidir. Belə olduqda ortaya sfır qazanc çıxır.

Yuxarıdakı təkliflər nəzərə alınsa, əlillər üçün poçt daşımalarında güzəştlər mütləq edilməlidir".

Şərhlər

XƏBƏR LENTİ