Atatürk Mərkəzindəki xadimənin maaşı niyə 1 manat artdı?
Azərbaycanda Atatürk Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının sxemində “115” rəqəminin “116” rəqəmi ilə əvəz edilməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Nazirlər Kabinetinin 21 aprel qərarında qeyd olunur ki, sənəd “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Prezidentin 2017-ci il 21 yanvar tarixli 2608 nömrəli Sərəncamının 2-ci hissəsinə əsasən qəbul edilib. Ancaq 1 manat maaş artımının baş verməsi müzakirə iştirakçıları arasında marağa səbəb olub.
Qeyd edək ki, sonuncu dəfə Nazirlər Kabinetinin 2013-cü il 25 sentyabr tarixli 263 nömrəli qərarına edilən 5 nömrəli əlavəyə əsasən dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları sxeminə əlavələr edilib. Həmin sxemdə qeyd olunur ki, Atatürk mərkəzinin xidməti otaqları yığışdıran işçisinin maaşı 115 manat olub. Belə ki, 2010- cu ildə edilən dəyişiklikdə xidməti otaqları yığışdıran şəxs 95 manat maaş alırdısa, 2013-cü ildə bu rəqəm artaraq 115 manat təşkil edib. Eləcə də digər işçilərin maaşlarına artımlar edilib.
Qeyd olunan cədvəllərdə 2010 və 2013- cü ilin qərarlarına əsasən işçilərin aylıq vəzifə maaşlarının sxemi təqdim edilib.
Müzakirələrə səbəb olan 1 manat artım məsələsi ilə bağlı Atatürk Mərkəzi ilə əlaqə saxladıq. Mərkəzdən bildirilib ki, Nazirlər Kabinetinin sözügedən qərarı ilə mətbuatdan tanış olublar. Ancaq qərar onlara hələ təqdim edilməyib. Ona görə də 1 manat məsələsi onlara da qaranlıq qalıb. 10 gün müddətində rəsmi qərar Mərkəzin mühasibatlıq bölməsinə daxil olacaq və ondan sonra məsələ aydınlaşacaq. Mərkəzdən onu da bildiriblər ki, ilk dəfədir belə bir qərarla tanış olurlar. İndiyə kimi maaşlarda 1 manat artım söhbəti olmayıb, maaş artımı bütün işçilərə şamil olunub.
Mərkəzdən maaş artımı ilə bağlı konkret cavab verilməsə də, ehtimal etmək olar ki, sözügedən 1 manatlıq artım məhz Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlıdır. Belə ki, ölkədə minimum maaş 116 manat nəzərdə tutulub.
qafqazinfo.az


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...