Bunun adı müştəri haqlarının pozulması və dələduzluqdan başqa bir şey deyil.." - AZAL-dan şikayət var.. ŞİKAYƏT
- 3-09-2020, 09:17
- 1 050
"Salam! 2 Sentyabr 10:30 J242 birbaşa İzmir - Bakı reysinə check in etmək istədikdə onlayn qeydiyyat hələ açıq deyil göründüyündən Azal fb səhifəsindən və WhatsAppdan müraciət edərək məlumat almağa çalışdıq.
Uçuş nömrəsini yazdığım halda bilet nömrəsini istədilər və daha sonra cavablamadılar.. Zəng etdikdən sonra məlumat verilir ki, reyslər *ləğv olunub*. "
"Bununla bağlı niyə öncədən müştərilərə məlumat verilmir?! Bu məsuliyyətsizliyin öhdəliyini kim daşıyır?! Vurulan maddi və mənəvi ziyan nə zaman geri ödənəcək?!
Sırf bu məsuliyyətsizlik ucbatından insanların işi təhlükəyə atılır, planları pozulur. Son anda öyrənməsək, ən yaxın zaman üçün bilet də tapa bilməyəcəkdik.
Bunun adı müştəri haqlarının pozulması və dələduzluqdan başqa bir şey deyil.."
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq!
Teref.az