SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Alimpaşa Şəmkir camaatına zülm edir” – VİDEO

“Alimpaşa Şəmkir camaatına zülm edir” – VİDEO

Tarix:

30-08-2020, 20:38

/ 1 318 dəfə oxundu.
“Alimpaşa Şəmkir camaatına zülm edir” – VİDEO

Bunlar demək istəyir ki, Ramiz Mehdiyev tək deyil, bunu hamımız edirik. Mehdiyevin bütün kadrları ölkə başçısına xəyanət edir”
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
Partiya sədri Şəmkirin icra başçısı Alimpaşa Məmmədovun karantin rejimini pozaraq məclis təşkil etməsinə görə həbs edilməli olduğunu bildirib:
“Bu gün Ramiz Mehdiyevin komandası bütün cəbhələrdə hücuma keçib və ölkə prezidentinin qanunlarına saymamazılıqlarını və işləməməsini xalqa nümayiş etdirirlər. Alimpaşa birbaşa Ramiz Mehdiyevin adamıdır, bunu tək mən demirəm. Ramiz Mehdiyev hakimiyyətdə olanda, əlinin dalı-qabağı kəsəndə bunları demişəm. Alimpaşa Ramiz Mehdiyevi həmişə özünə mənəvi ata adlandırıb və heç vaxt prezidentin adını çəkməyib. Bunu Şəmkir camaatından da soruşa bilərsiniz. Alimpaşanı vəzifədə saxlayan Zeynal Nağdəliyevin yaxın qohumu və Şəmkirdə su anbarının müdiridir. Zeynal Nağdəliyev də Ramiz Mehdiyevin “sağ əli” olub və Alimpaşa da onların bir nömrəli adamıdır”.
Hafiz Hacıyev deyir ki, Alimpaşa həmçinin keçmiş vergilər naziri Fazil Məmmədovun adamıdır və bunların hamısı keçmiş komandanın üzvüdür. Onlarla əlbir olan isə Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı və digərləridir:
“Alimpaşa özü vaxtilə qaval çalan olub. Xatırlayırsınızsa, bir müddət öncə Şəmkirdə yas mərasiminə girib ağladı, sızıldadı və indi isə bunun əksinə olaraq gəlib belə bir gündə badə qaldırıb, sağlıq deyir və Ramiz Mehdiyevin yolunu gedir. Bunlar demək istəyir ki, Ramiz Mehdiyev tək deyil, bunu hamımız edirik. Ramiz Mehdiyevin bütün kadrları ölkə başçısına xəyanət edir. Alimpaşanın və Zeynal Nağdəliyevin vəzifədə qalması dövlət başçısına bir nömrəli xəyanətdir. Xəyanətin qaşı-gözü olmur ki. Bunlar demək istəyir ki, ölkə başçısının qanunlarını Ramiz Mehdiyev necə saymırsa, biz də saymırıq. Onlar bunu xalqa bu cür təqdim etmək istəyirlər. Zeynal Nağdəliyev hara baxır, gözləri görmür? Siz bunu saytda gördüyünüz kimi, o, da bunu görsün və çağırıb izahatın alıb vəzifədən azad etsin. Niyə bunu etmir? Bu gün dövlət başçısına olan xəyanətlərin hamısının üstü açıla-açıla gedir. Alimpaşa kimi qaval çalanların hamısı türmədə çürüməlidir. O, Şəmkir camaatına zülm edir”.
Qeyd edək ki, sosial şəbəkələrdə Şəmkir rayon icra başçısı Alimpaşa Məmmədovun restoranda məclis təşkil edərək əylənməsinin görüntüləri yayılıb.
Hafiz Hacıyevin Alimpaşa Məmmədov və Zeynal Nağdəliyev haqqında söylədiklərinin videosunun linkini təqdim edirik:

Şərhlər

XƏBƏR LENTİ