SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Məşhur türkiyəli iş adamının Azərbaycanda yaşamasına icazə verilmədi - TƏFƏRRÜAT

Məşhur türkiyəli iş adamının Azərbaycanda yaşamasına icazə verilmədi - TƏFƏRRÜAT

Tarix:

28-08-2020, 17:41

/ 1 489 dəfə oxundu.
Məşhur türkiyəli iş adamının Azərbaycanda yaşamasına icazə verilmədi - TƏFƏRRÜAT

Dövlət Miqrasiya Xidməti Bakıda “Mustafa Tayat” adlı mağazalar şəbəkəsinə sahib olan məşhur türkiyəli iş adamı Mustafa Tayatın Azərbaycanda yaşamasına icazə verməyib.
Yeniavaz.com xəbər verir ki, türkiyəli iş adamının Azərbaycanda yaşamaq üçün etdiyi müraciətə imtina cavabı verilib.
Məlumat üçün bildirək ki, “Mustafa Tayat” adlı mağazalar şəbəkəsinə məxsus olduğu bildirilən veb-saytda mağazaların (11 mağaza) ünvanı və əlaqə nömrələrindən başqa heç bir məlumat yoxdur. Lakin, mətbuatda yer alan məlumatlardan belə görünür ki, Türkiyə vətəndaşı olam Mustafa Tayat Azərbaycana 2008-ci ildə gəlib və burada öz adını daşıyan mağazalar şəbəkəsi qurub.
Qeyd edək ki, “Mustafa Tayat” mağazalar şəbəkəsi və onun sahibi Mustafa Tayatın adı Azərbaycan mətbuatında mütəmadi olaraq qalmaqallı hadisələrlə bağlı qeyd olunub.
2011-ci ildə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti “Stil-Tekstil” MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, H.Əliyev küçəsi, ev 22A ünvanında yerləşən “Mustafa Tayat” kişi, qadın və uşaq geyimlərinin satışı mağazasında aparılan yoxlama zamanı, mağazada istehlakçıların seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə edilməklə istehlakçıların aldadıldığı müəyyən olunub.
“Mustafa Tayat”ın adı daha sonra 32 yaşlı Türkiyə vətəndaşı İsrafil Yaşarın anbardar işlədiyi “Stil Tekstil” MMC-yə məxsus anbardan oğurluq etməsilə də gündəmə gəlib.
Mustafa Tayatın adı ilə bağlı ən böyük qalmaqal isə onu Türkiyədə oğurlanması ilə bağlıdır. Vaxtı ilə “Mustafa Tayat” mağazalar şəbəkəsində işləyən Lətifə Məmmədova adlı Azərbaycan vətəndaşının da adının keçdiyi hadisə zamanı Mustafa Tayatın 3 gün girov saxlanıldığı, ona işgəncə verildiyi və daha sonra pul qarşılığında azad olunduğu barədə məlumatlar yayılıb.
Türkiyəli iş adamının Azərbaycanda yaşamaq üçün etdiyi müraciətə hansı səbəbdən imtina cavabı verildiyinə aydınlıq gətirmək üçün Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Miqrasiya Xidmətinin mətbuat xidmətinə məxsus olduğu bildirilən 562 57 93 nömrəsinə etdiyimiz zənglərə cavab verən olmadı. Eyni zamanda “Mustafa Tayat” mağazalar şəbəkəsinə məxsus olan 055 333 48 90 və 565 40 75 nömrələrinə etdiyimiz zənglər də cavabsız qaldı.

Şərhlər

XƏBƏR LENTİ