XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Prezident fərman verdi, DSMF pul sildi: Fond hara tələsir?

Prezident fərman verdi, DSMF pul sildi: Fond hara tələsir?

Prezident fərman verdi, DSMF pul sildi: Fond hara tələsir?
28-08-2020, 15:09

Prezident İlham Əliyev 18 avqust 2020-ci il tarixdə "Hökumət buludu"na keçidlə bağlı Fərman verib. Bir il bundan öncə də bu layihəyə hazırlıqla bağlı müvafiq Fərman imzalanmışdı. Yeni sənəddə buludla bağlı işlərə start vermək üçün cəmi bir ay vaxt verilib. "Hökumət buludu" layihəsinin mahiyyəti ondan ibarətdir ki, bütün dövlət qurumlarının informasiya sistemləri və bazaları mərhələli şəkildə NRYTN Data Mərkəzinə köçürüləcək.
Yəni, dövlət qurumlarında artıq Data Mərkəzlərin inkişafı, informasiya resursları üçün serverlərin alınması və onlara dəstəklə bağlı məsələlər adı çəkilən fərmana görə, "Hökumət buludu çərçivəsində nəzərdə tutulur".

AFN xəbər verir ki, bunu informasiya texnologiyaları üzrə mütəxəssis Osman Gündüz deyib. Onun sözlərinə görə, Prezidentin fərmanı dərc ediləndən dərhal sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) tender keçirərək server avadanlıqlarına, informasiya ehtiyatlarına və sistemlərinə dəstəyin göstərilməsi üçün "Aistgroup" şirkətinə 1 milyon 302 min vəsait ödəyib: "Belə olan halda sual yaranır ki, əgər bu tip büdcə xərcləri dövlət orqanlarına ayrılmaqda davam edəcəksə, onda "Hökumət buludu"na nə ehtiyac vardı?
Məntiqlə, əgər Prezident fərmanı ilə "Hökumət buludu"na 1 ay vaxt verilibsə və məqsəd də xərclərin optimallaşdırılmasıdırsa, onda paralel olaraq da dövlət qurumlarında bu tip xərclər dayandırılmalıdır. Ancaq görünür ki, hələlik belə deyil. Prezidentin fərmanının icrasına nəzarət edənlər, ümid edirəm ki, bunun fərqində olacaqlar".

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.