Sabiq deputatın qardaşı 40 min manatlıq tenderin qalibi oldu - İcazə verin, şübhələnək...
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin (kotirovka sorğusu) qalibi “Peachline” MMC olub. Milli Antidopinq Agentliyi “Beynalxalq fəaliyyət ilə bağlı dizayn işləri” üçün “Peachline” MMC-yə 39 min 875 manat 74 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, tender müsabiqəsinin qalibi olan “Peachline” MMC 19.01.2009-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı “Nəsimi rayonu, Nizami, ev 121, m. 16” olaraq qeyd olunub. MMC-nin qanuni təmsilçisi Fətiyev Elruz Nuru oğludur. Elruz Fətiyev eyni zamanda “Baku Hospitality Group” MMC-nin də qanuni təmsilçisidir.
Məlumat üçün bildirək ki, Elruz Fətiyev sabiq millət vəkili, “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri və eyni zamanda da Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti olan Xanlar Fətiyevin qardaşıdır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...