XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » İnam Kərimov bu sahəni niyə görməzdən gəlir? - Pandemiyadan zərər görsələr də...

İnam Kərimov bu sahəni niyə görməzdən gəlir? - Pandemiyadan zərər görsələr də...

İnam Kərimov bu sahəni niyə görməzdən gəlir? - Pandemiyadan zərər görsələr də...
22-08-2020, 09:32

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan ümumi dəyəri 5 524,86 min ABŞ dolları dəyərində 808,03 ton çay ixrac edib. Ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin yeddi ayında Azərbaycandan ixrac edilən çayın dəyəri 4,2% artıb, həcmi isə 1,9% azalıb. Hesabat dövründə çayın ümumi ixracdakı payı cəmi 0,06%, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,53%-ə bərabər olub. Bununla yanaşı, hesabat dövründə Azərbaycana ümumi dəyəri 34 059,28 min dollar dəyərində 8 402,88 ton çay idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə çay idxalının dəyəri 18,5%, həcmi isə 14%-dək artıb.

Hesabat dövründə çayın ümumi idxaldakı payı isə 0,58% təşkil edib. Bu isə o deməkdir ki, cari ilin yeddi ayında Azərbaycanda çay idxalı ixracı 10 dəfədən çox üstələyib.

Bəs, çayçılıq təsərrüfatının əsas problemləri nələrdir?

Ölkədə çayçılıq üzrə fəaliyyət göstərən MMC-lərdən birinin rəhbəri Araz Yaqubov Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Pandemiya dövrünün ən böyük problemlərindən biri bu oldu ki, biz çayçı olaraq zərərçəkmişlər siyahısına daxil edilmədik. Əslində, pandemiyadan biz də zərər çəkdik. Çünki pandemiya olduğundan məhsulu sata bilmədik. Çayın daha çox istehlak olunduğu bəzi bazarlar, restoran-kafelər bağlı olduğundan, ölkəyə turist gəlmədiyindən və ölkədaxili turist də olmadığından biz də zərərçəkmiş sayılırıq. Amma biz zərərçəkmiş kimi nəzərə alınmadıq. Bu səbəbdən də ayrılan vəsaitdən biz yararlana bilmədik".

"Çayçılığın inkişafı üçün dövlət tərəfindən yetərincə işlər görülüb. Bununla bağlı olaraq dövlət tərəfindən proqram işlənilib hazırlanıb və melorativ tədbirlərin görülür. Gübrələr də subsidiya olaraq 70 faiz güzəştlə verilir. Əsas olaraq bazarın araşdırılmasına ehtiyac var. Çünki istehsal olunan məhsulun satış problemi var. Dövlət Aqrar Tədarük Müəssiəsi bu gün istehsal etdiyimiz çayı bizdən alsa, çayçılıq inkişaf edəcək. Çünki çay elə bir məhsuldur ki, o emal olunur və 7 il müddətinə ona investisiya yatırılır və bundna sonra o artıq özü investisiyaya çevrilir və gəlir gətirir. Əldə olunan gəlirlə digər sahələrin salınmasına pul yatırmaq olur. Lakin əfsuslar ki, biz məhsulumuzu sata bilmirik", - deyə MMC rəhbəri əlavə edib.

Məhsul satılmasa, çayçılığın inkişafından söhbət gedə bilməz, deyən həmsöhbətimiz digər tərəfdən ekoloji problemlərin də müəyyən çətinliklərindən danışıb: "Bu gün çayçılığın inkişafında ekoloji durum da həssas amillərdə biridir. Yəni, su qıtlığı, quraqlıq, yağıntının olmaması problemlərə yol açır. Yağış yağmadığından ətraf mühitdə nisbi rütubətlilik aşağı düşür və bu amil də çay bitkisinin inkişafına mənfi təsir edir. Bitki yanır. Çünki havada 60 dərəcə nisbi rütubət olmasa, çay həmin ərazidə məhv olacaq. Bu səbəbdən bu gün çay yetişdirmək çox çətindir. Su tutarlarının vaxtında su ilə doldurulması və onun mütəmadi olaraq izlənilməsinə nəzarət edilməlidir ki, bataqlıqlar ləğv olunmasın, ətrafdakı su tutarları su ilə dolu olsun. Belə olan halda çay bitkisi öncəki kimi inkişaf edəcək".

Pandemiya dövründə qiymətlərə heç bir müdaxilə etmədiklərini və ümumiyyətlə, qiymətləri qaldırmaq haqda düşünmədiklərini deyən həmsöhbətimiz bunun da səbəbini kommunal xərclər, yanacağın qiymətinin qalxmaması ilə izah edir: "Bu gün dizel yanacağının qiyməti qalxmayıbsa, çay niyə bahalaşmalıdır?! Hansısa şirkət qiyməti qaldırıbsa, bu onun öz problemidir".

"Düşünürəm ki, çay daxili məhsuldursa, onun qiyməti qalxa bilməz. Bazardakı qiymətlər normaldır. Orta keyfiyyətli çaylar ki, onun qiymətini qaldırmaq artıq istehlakçının cibinə girməkdir", - deyə o əlavə edib.

Həmsöhbətimiz ixracla bağlı düşünmədiyini deyir: "Çay ixrac etmək fikrimiz yoxdur. Bu gün kimsə gəlib çay alacaqsa, biz ona satacağıq. Lakin özümüz ixrac bazarı axtarmırıq, çünki bu bizim üçün maraqlı deyil. Bizim üçün əsas olan yerli bazardır, bizim gələcəyimiz və körpələrimizdir. İstəyirik ki, körpələrimiz təmiz çaydan dadsınlar".

Havaların quraqlıq keçdiyi üçün məsuldarlığın aşağı olduğunu deyən A.Yaqubov bu səbəbdən kifayət qədər məhsul yığa bilmədiklərini söyləyir. Onların ümidləri isə ancaq payıza qalıb, bəlkə olanda yağış yağar və məhsuldarlıq olar.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.