Baş Prokurorluğun “Instagram” səhifəsində "prokurorluqla sual-cavab" sessiya keçirilib - VİDEO
- 21-08-2020, 16:51
- 768
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, ictimaiyyət tərəfindən maraqla qarşılanan sessiya zamanı vətəndaşların sualları cavablandırılıb, eləcə də müraciətlər qeydə alınıb.
Sessiya zamanı 107 müraciət daxil olub. Müraciətlərin dərhal Baş Prokurorluğun vəzifəli şəxsləri tərəfindən cavablandırılması təmin edilib.
Bundan başqa, sessiya zamanı işə qəbul olunma ilə bağlı suallar ətraflı cavablandırılıb.
Növbəti sual-cavab sessiyası Baş Prokurorluğun “Instagram” sosial şəbəkəsindəki səhifəsində avqustun 28-də keçiriləcək.