"Professordan BNA-ya: “Dayanma-durmanı çəkməkdənsə…”
Bakıda xüsusi karantin rejimi səbəbindən metronun bağlanması ictimai nəqliyyatda sıxlığı günbəgün artırır.
Tibb üzrə professor Adil Qeybulla “Yeni Müsavat”a bildirib ki, karantin dövründə sosial həyatın ən uğursuz sahəsi ictimai nəqliyyat oldu.
Onun sözlərinə görə, burada obyektiv səbəblər də var və metronun bağlanması avtobusların yükünü artırdı: “Amma nəzarəti gücləndirmək, avtobusların sayını artırmaq olardı. Gedib maşınların dayanma-durma qaydasını pozmağını çəkməkdənsə, öz enerjilərini bu sahəyə mobilizasiya etsəydilər yaxşı olardı”.
Həkim hesab edir ki, bütün avtobusların girişində dezinfeksiyaedici məhlul olmalıydı, hər kəs birmənalı maska taxmalıydı, sosial məsafə gözlənməliydi: “Amma bir çox hallarda bunlar olmadı. Virusa yoluxmanın qarşısını almaq üçün əsas məsələ karantin qaydalarına riayət etməkdir. Bu da olmayanda yoluxmaya təsir edir”.
A.Qeybulla qeyd edib ki, məhz avtobuslarda yoluxma ilə bağlı statistika yoxdur: “Yoluxmanın yerini, mənşəyini müəyyən etmək olmur. Amma yoluxma sıx təmas olan məkanlarda baş verir və biri də avtobuslardır.
Son günlərdə ölkədə yoluxmanın artmasının da səbəbi qaydalara lazımı səviyyədə riayət edilməməsidir. Bu, hamıya şamil deyil, ancaq baxırsan ki, vətəndaş marketə girir, maska çənəsində, burun açıq…Əlbəttə, bu da öz təsirini yoluxma sayında göstərəcək”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...