SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Cıdır düzü” restoranında müştərilərə nə yedirdirlər: "Bütün yediyimiz daha ağzımıza gəldi"

"Cıdır düzü” restoranında müştərilərə nə yedirdirlər: "Bütün yediyimiz daha ağzımıza gəldi"

Tarix:

21-08-2020, 00:45

/ 1 555 dəfə oxundu.
"Cıdır düzü” restoranında müştərilərə nə yedirdirlər: "Bütün yediyimiz daha ağzımıza gəldi"

Restoran və kafelər açılandan sonra şikayətlər çalıb. Pis qulluq, keyfiyyətsiz yeməklər. Bu dəfə şikayətçi Leyla Abbaszadə-Nəcəfli (Leyla Abaszade-Najafli) adında xanımdır. Leyla xanım “Cidir düzü” restoranında olan qulluqdan, onlar verilən keyfiyyətsiz yeməklərdən şikayət edir.
O, şikayətində yazır:
"Şikayətim “Cidir düzü” restoraninadi. Ayin 18-i axşam ailəvi dostlarnan uzun zaman sonra goruşüb xoş vaxt kecirmək istədik, amma hamisi burnumuzdan gəldi.
1. Turshularin icindən qivrim saç cixdi. Okey, qaytardiq sakitcə və bildirdik ki, tuk var.
2. Kartof fri zakaz etdik. Kartofun ustundə qara ləkə gorduk, yaxinlaşib baxdiq ki, nə olar sizcə? Ölü milçək.
Əməlli yapişmişdı ustunə. "
"Bu uje 2. Cagirdiq ofisianti, sifət edə-edə gəldi gotürdü, elə bil biz atmişiq icinə. Fri uje yarimciq idi, nə isə onu da goturdu.
Sonra bir daha gəldi, amma frisiz. Qanuna gorə, bizə təzəsini gətirməli idi, duz deyil?
Mən deyirəm bes bizim kartofumuz hani? Milcəknən, tük az imiş kimi, hələ kartofu goturub yenisini vermirsiz?
Apardi. 20 dəq sonra təzeə porsiya gətirdi. Bu defe jekpot mənə duşdu. Milçək ozü olmasa da, qanadlari ordan mənə baxirdi.
Butun yediyimiz daha agzimiza gəldi, kefimiz də pozuldu. Nə isə ki, axirda uzrxaqliq kimi meyvə gətirdilər.
Tək olsaydiq yoldaşimla deyərdik, amma orda başqa dostlar da var idi, yeyib-icirdilər, biz hecnə deyə bilmədik)))"
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az
"Cıdır düzü” restoranında müştərilərə nə yedirdirlər: "Bütün yediyimiz daha ağzımıza gəldi"

Şərhlər

XƏBƏR LENTİ