ARB Televiziyası 100-Ə Yaxın Işçisini Məcburi Məzuniyyətə Göndərdi Telekanalda Nə Baş Verir?
ARB telekanalının 100-ə yaxın əməkdaşı öz hesabına məzuniyyətə göndərilib.
İyunun 1-dən etibarən telekanal əməkdaşları rəsmi məzuniyyətə çıxdıqdan sonra onlar sentyabr ayının əvvəlinə kimi öz hesablarına məzuniyyətə göndəriliblər.
Eyni zamanda da telekanalın bir çox tanınmış simasının o cümlədən aparıcılar Rövşanə Ağasəfqızı, Murad Həşimovun da müqaviləsi ləğv edilib.
Bundan başqa, şairə Nazilə Səfərlinin aparıcılıq etdiyi “Ona qalsa” verilişi həftənin 1 günü yayımlanacaq.
Yeni mövsümə hazırlaşan ARB TV-yə simalar cəlb edilib. Onların sırasında əməkdar artist Tünzalə Əliyeva, aparıcılar Vüsalə Kərimova, Lətafət Ələkbərova da var.
Telekanalın xəbər aparıcı Anar Nəcəfli isə sentyabrdan yeni layihə ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır.
Məsələylə bağlı News24.az–a açıqlama verən ARB TV-nin mətbuat katibi Ozal İbrahimli bildirib ki, telekanalda işləyən hər kəs öz hesabına məzuniyyətə çıxa bilər: “Burada məcburi heç bir şey yoxdur. ARB Tv-dəki yeniliklərlə bağlı isə tezliklə geniş məlumat veriləcək”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...