SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Milli Sertifikat Xidmətləri Mərkəzi və Rabitə Nazirliyinin qaynar xəttinə düşmək olmur, əlaqə nömrəsi isə borcdan bağlıdır - ŞİKAYƏT

Milli Sertifikat Xidmətləri Mərkəzi və Rabitə Nazirliyinin qaynar xəttinə düşmək olmur, əlaqə nömrəsi isə borcdan bağlıdır - ŞİKAYƏT

Tarix:

18-08-2020, 09:35

/ 1 508 dəfə oxundu.
Milli Sertifikat Xidmətləri Mərkəzi və Rabitə Nazirliyinin qaynar xəttinə düşmək olmur, əlaqə nömrəsi isə borcdan bağlıdır - ŞİKAYƏT

Sosial şəbəkə istifadəçisi Gülka Baqiyeva (Гюлька Багиева) Milli Sertifikat Xidmətləri Mərkəzi və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və yüksək Texnologiyalar Nazirliyindən şikaytçidir. Ən qəribəsi isə dövlət qurumunun telefonlarının borcdan bağlı olmasıdır.
Şikayətində Gülka Baqiyeva yazır:
Salam. Şikayətim Milli Sertifikat Xidmətləri Mərkəzi və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və yüksək Texnologiyalar Nazirliyindəndir.
2 həftədir ki, heç bir şəkildə qaynar xəttlərine düşə bilmirəm. 157 qısa nömrəsı cavab vermir.
Və nece işdirsə, mincom.gov.az saytında əlaqə nömrəsi kimi yazılan 498-58-38 telefon nömrəsi borcdan bağlıdır. E-mail göndərmişəm. 10 gündür cavabsız qalıb.

Yuxarıda sadaladıqlarımdan başqa hansı yüksək texnoloji avadanlıqlardan istifadə etməliyəm ki, mən yüksək texnologiyalar nazirliyi ilə əlaqə saxlaya bilim?
Qeyd etmək istəyirik ki, şikayətin altından fikir bildirən bütün sosial şəbəkə istifadəçilri bu qurumların qaynar xəttindən və onların telefonlarının borcdan bağlı olduğu üçün zəng etməyin mümükün olmadığından narazılıq edirlər!
Qarşı tərəfin mövqeyini iıqlandırmağa hazırıq!
Teref.az
Milli Sertifikat Xidmətləri Mərkəzi və Rabitə Nazirliyinin qaynar xəttinə düşmək olmur, əlaqə nömrəsi isə borcdan bağlıdır - ŞİKAYƏT

Şərhlər

XƏBƏR LENTİ