SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Tibbi Reabilitasiya Xəstəxanasında şübhəli "tender" əməliyyatları - Azərbaycanda “od qiymətinə” su alan dövlət müəssisələri - İTTİHAM

Tibbi Reabilitasiya Xəstəxanasında şübhəli "tender" əməliyyatları - Azərbaycanda “od qiymətinə” su alan dövlət müəssisələri - İTTİHAM

Tarix:

17-08-2020, 01:16

/ 3 020 dəfə oxundu.
Tibbi Reabilitasiya Xəstəxanasında şübhəli "tender" əməliyyatları - Azərbaycanda “od qiymətinə” su alan dövlət müəssisələri - İTTİHAM

Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən Səhiyyə Nazirliyinin Tibbi Reabilitasiya Xəstəxanasının “Texniki və içməki suyun daşınması” məqsədilə keçirdiyi tenderin qalibi “ANTEK-20” MMC adlı şirkət olub.

Yeniavaz.com xəbər verir ki, tenderin nəticəsinə əsasən “ANTEK-20” MMC Tibbi Reabilitasiya Xəstəxanasına 17 min 433 ton texniki su daşıyacaq. Bu miqdarda texniki suyun daşınması üçün Tibbi Reabilitasiya Xəstəxanası MMC-yə 78 min 448 manat 50 qəpik ödəyəcək. Rəqəmlərdən də göründyü kimi 1 ton texniki su üçün 4 manat 50 qəpik ödəniləcək.

Bundan başqa Tibbi Reabilitasiya Xəstəxanası 3 min 910 ton içməli su alacaq. Bu qədər işməli su üçün 19 min 550 manat ödəniləcək. Nəticədə 1 ton içməli su üçün ödəniləcək məbləğ 5 manat təşkil edəcək.

Qeyd edək ki, bu qiymətlər “Azərsu” ASC-nin əhaliyə satdığı içəmli suyun qiymətilə (0,35 manat) müqayisədə 13-14 dəfə çoxdur.

Tender müsabiqəsində maraqlı məqamılardan biri odur ki, qalib şirkət – “ANTEK-20” MMC 13.12.2019-cu ildə dövlət qeydiyyatına alınıb. Tibbi Reabilitasiya Xəstəxanası isə tender müsabiqəsini 2020-ci ilin fevral ayında keçirib. Nizamnamə kapitalı cəmi 5 manat olan bu şirkət qeydiyyatdan keçdikdən cəmi 2 ay sonra müraciət etdiyi ilk tender müsabiqəsindən 100 min manata yaxın vəsait alıb. İki aylıq şirkətin analoji təcrübəsinin olması barədə isə açıq internet resurslarda heç bir məlumat yoxdur.

Məlumat üçün bildirək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır. Cəmi 2 ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bir şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.

Onu da qeyd edək ki, yeni yaranan və heç bir təcrübəsi olmayan şirkətlərin yüksək səviyyədə təmir olunan təhsil və səhiyyə müəssisələrinə baha qiymətə su satması ilə bağlı daha əvvəl də geniş yazı yazmışdıq. Həmin yazını aşağıdaki linkdən oxuya bilərsiniz.
Adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!

Şərhlər

XƏBƏR LENTİ