XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » 11 saylı vergi idarəsində qanunları sayan yoxdur... - Özbaşınalıq

11 saylı vergi idarəsində qanunları sayan yoxdur... - Özbaşınalıq

11 saylı vergi idarəsində qanunları sayan yoxdur... - Özbaşınalıq
11-08-2020, 10:42

Mənə qarşı səyyar vergi yoxlamasının açılması İmanov Asəf Polad oğlu barədə şikayət etdiyim üçün məqsədli şəkildə olub”. ANAXEBER.info xəbər verir ki, bu sözlər sahibkar Təyyar Hidayətovun Vergilər Nairliyinə etdiyi müraciətdəndir. Sahibkar bildirir ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin rəis müavini Asəf İmanov səlahiyytlərindən istifadə etməklə faktiki olaraq sahibkarlıq fəaliyyətinə mane olur. Sahibkar daha sonra bildirir: “Yük gömrük bəyyannamələrinin istənilməsi barədə əvvələrdə 11 Saylı Vergilər Baş İdarəsinə müraciətim olunub. Müraciətimin nəticəsi barədə mənə həmin məlumatları təqdim ediblər. Lakin İmanov Asəf Polad oğlu bilərəkdən bu məlumatları mənə təqdim etmir. Bunun kimi məsələlərə görədə şikayət etmişəm. Əvvəlki şikayətim araşdırılmaq əvəzinə prinsipə düşüb mənə məqsədli şəkildə səyyar vergi yoxlaması açmısınız. Bunun özü bir dövlət orqanı olaraq sizin tərəfinizdən qanun pozuntusudur. Bundan başqa, mən ixracatçıyam. Azərbaycan Respublikasının məhsullarını xarici bazarlara ixrac edirəm və orada min bir əziyyət çəkib satışını təşkil edirəm. Cənab prezident İlham Əliyev ixrac potensialının artırılması üçün bir çox fərmanlar və sərəncamlar imzalayıb, ixrac təşviqini təşkil edib. Buna görə də bir çox sahibkarlıq sahələrində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 30 may 2019-cu il tarxili 1603-VQD nömrəli“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik etmiş vəAzərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında sahibkarlığın inkişafının stimullaşdırılması məqsədi iləhəmin qanun birinci maddəsində Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamaları 2021-ci il yanvarın 1-dək dayandırılıb. Yəqin İmanov Asəf polad oğlu Cənab Prezident İlham Əliyevdən çox bilir ? İmanov Asəf Polad oğlu gəlsin bir maşın fura kənd təsərüfatı məhsulunu kəndlərdən yığıb göndərsin xarici bazara. Onda görər ixrac nə deməkdir. Bu iş kiməsə asan bir iş gəlməsin. Kənd təsərüffatı malları bilirsiniz ki, tez xarab olan və riskli mallardı. Nə qədər ixracımız çox olarsa o qədər dövlətimizə valyuta axını gələr. Bəzi vergi əməkdaşları hələdə ixracın məksədini düzgün başa düşmürlər. İxracın məksədi xüsusilədə kənd təsərrüfatı kimi tez xarab olan və riskli malları tez bir zamanda ixrac edərək həmin malların dəyərində ölkəyə valyuta gətirməkdən ibarətdir. Kreslo arxasında oturub qərar vermək , səyyar vergi yoxlaması açmaq , sahibkara zəng edib hədə- qorxu ilə, sənə səyyar vergisi açıb borc ilə yükləmək çox asan bir işdir. Avqust ayından sonra yenidən bir çox kənd təsərrüfatı malları üzrə ixrac mövsümü başlayır. İmanov Asəf Polad oğlu məqsədli şəkildə mənə səyyar vergi yoxlamasını açmaq və vergi borcu yazmaq isdəyir, mövsüm ərəfəsində işlərimə hər hansı bir problemlər yaratmağa çalışır. Buna səbəb onun barəsində şikayət etməyimdir. İxracla bağlı Sizin tərəfinizdən mənim fəaliyyətimə problemlərin yardılması bir çox kəndçinin xarici bazara çıxan mallarının alınmasına problemlərin yaradılması deməkdir. İmanov Asəf Polad oğlunu çirkin əməlləri nə dövlətimizə nə mənə nə də əkib becərdiyi məhsulların sahibi olan kəndli müşdərilərimizə xidmət edir”. Sahibkar səyyar vergi yoxlamasının qanunsuz olduğunu bildirərək bununla bağlı qərarın ləğv olunmasını xahiş edir.
AnaXeber.info

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.