"Dünyada belə şirkət analoqu yoxdu…” – Vüsalə Mahirqızı AZAL-ı tənqid etdi
- 6-08-2020, 12:12
- 2 251
Sfera.az xəbər verir ki, bu sözləri "APA-Holding" MMC-nin prezidenti Vüsalə Mahirqızı özünün facebook hesabında yazıb.
V. Mahirqızı bu arzuolunmaz ənənənin artıq adi hala çevrildiyini qeyd edib:
"Müştəri xidmətləri, AZAL rəsmiləri, sayt, telefon arasında danışmaqdan, yazmaqdan, izah etməkdən yorulursan, "araşdırırıq" deyirlər, "araşdırma bitmir". Çünki araşdırmırlar, guya bunlar indi böhran kommunikasiyası edib, müştərini ümidləndirib, vaxt uzadırlar. Sonra da ümumiyyətlə müştəri ilə əlaqəni kəsirlər. Dünyada belə şirkət analoqu yoxdu, şirkət müştərinin arxasınca qaçmaqdan, müştəridən qaçır. Bu biznesdə AZAL modelidi.
Ən yaxşı kommunikasiya məsələni həll edib, bileti dəyişməkdir. Onsuz da xidmətindən dəfələrlə baha qiymətə bilet satan, əvvəldən müştəri məmnuniyyəti pis gündə olan şirkətə heç kim biletini bağışlamayacaq. Hələ pandemiya dövründəki anlamsız qiymət artımından danışmıram. Camaatın biletini dəyişin, gedib işini gücünü görsün”.