"Beynəlxalq Bank"dan narazılıqlar artır... - Daha bir giley...
- 6-08-2020, 09:56
- 1 492
Bu vətəndaş gileylərindən növbətisini təqdim edirik. Beləliklə, şikayətçi N.Zeynalova yazır:
"Şikayətim Azərbaycan Beynəlxalq Bankı-ndandır. Balansımdan qanunsuz olaraq pul çıxılıb, amma nə "Azericard", nə də bank işçiləri bu əməliyyatı görmür.
Lakin İBA MOBILE tətbiqində əməliyyat əks olunub.
Etdiyim ödəniş 2 dəfə əks olunur, ancaq araşdırma zamanı bəlli oldu ki 2-ci dəfəki ödəniş nə qarşı tərəfə çatıb, nə də ki Azərbaycan Beynəlxalq Bankı, Azericard bu ödənişi görür.
Belə bir hal düz 1 il bundan əvvəl də baş vermişdi, böyük məbləğ ilə... Baş ofisə şikayətim düz 42 gün cavabsız qaldığından sonradan Bank Ombudsmanına müraciət etmişdim, 1 gün ərzində pul qayıtdı.
Nə qədər olar axı bu maxinasiyaları etmək?! Artıq bezdirmisiz bizləri!!!"
Vətəndaşın iddiaları ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq...