"Məşğulluq idarəsi onları qeydiyyata almır" - Deputat ƏƏSMN-i tənqid etdi
“Son illər ölkədə əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı xeyli proqramlar hazırlanıb. Ancaq biz sənədlərdən daha çox onların praktikada necə yerinə yetirilməsi ilə maraqlanmalıyıq”.
Bunu Milli Məclisin deputatı Sabir Rüstəmxanlı parlamentin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında “Məşğulluq haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, qanuna dəyişiklik layihəsi məşğul əhalinin sayının artırılmasına hesablanmalıdır: “Mənə deputat seçildiyim rayondan edilən müraciətlərdə onlarla insan qeyd edir ki, məşğulluq idarəsi onları qeydiyyata almır. Bu işdə qeydiyyatın elektronlaşması da müsbətdir, amma rayon yerində bir çox insan bunu edə bilmir. Bu qanun layihəsinə təklif edilən dəyişikliklə bir çox bürokratik əngəllər aradan qaldırılır. Ancaq bu dəyişikliklə yenə də əhalinin müəyyən qismi diqqətdən kənar qalacaq. Rayonlarda müvafiq qurumlarda çalışan insanların münasibəti əhalinin dövlətə münasibətinə təsir göstərir. Burada ciddi işlərə ehtiyac var. İşləməyən məşğul olmayan əhalinin dəqiq statistikası aparılmalıdır”.
Report

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...