XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 500 min manat ayrılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 500 min manat ayrılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 500 min manat ayrılıb
31-07-2020, 16:04

Prezident İlham Əliyev İsmayıllı rayonu ərazisində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamla İsmayıllı rayonu ərazisində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin layihələndirilməsi, ərazisinin genişləndirilməsi ilə bağlı köçürülmə və tikinti işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ilkin olaraq 500,0 (beş yüz) min manat ayrılıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.