XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "Evdə müalicə Səhiyyə Nazirliyinə həvalə ediləndə bilirdim ki, bu, müalicə yox, yeyinti mənbəyi olacaq”

"Evdə müalicə Səhiyyə Nazirliyinə həvalə ediləndə bilirdim ki, bu, müalicə yox, yeyinti mənbəyi olacaq”

"Evdə müalicə Səhiyyə Nazirliyinə həvalə ediləndə bilirdim ki, bu, müalicə yox, yeyinti mənbəyi olacaq”
28-07-2020, 11:51

“Ata-anam koronavirusa yoluxublar, xəstəxanadadılar. Xəstəxanaya yerləşdirilməzdən əvvəl 7 gün bizdə qalıblar - lənətə gəlmiş ermənilərin atəşkəsi pozmasına görə dədəm qardaşımın balalarını və ayaqları demək olar ki, işləməyən anamı gətirmişdi bura. Buradan əvvəl atışmanın şiddət vaxtında cəbhə xəttindən uzaq bir dostunun evinə getmişdilər - virusa da dostunun Bakıdan getmiş xəstə övladından yoluxdular. Hazırda dədəmlə anam xəstəxanadadılar”.

Bunu jurnalist Dünya Sakit deyib.

D.Sakit bildirib ki, yoluxanlarla əlaqədə olanlardan yaxma götürüblər, hamımızda neqativ çıxıb: “Amma bazar günündən etibarən yoldaşımda virusun əlamətləri olan simptomlar başlanıb, dostumuz olan bir həkimin məsləhəti ilə müalicəyə başlamışıq. Yoldaşım sığortalı işdə çalışır, təsəvvür edirsiniz, ciyərlərini KT etdirmək üçün müraciət etdi, sığorta şərt qoydu ki, əvvəlcə filan klinikada öz hesabına qan analizi ver(130 manatdır), müsbət çıxsa səni 100 manatlıq KT-yə pulsuz göndərə bilərik!!!! Ardınca poliklinikamıza müraciət etdik, dedilər, təcili yardımın götürdüyü test mənfi çıxıb, sizə evdə müalicə üçün dərman ayıra bilmərik. Bir qədər söhbətdən sonra məlum oldu ki, hətta qeydiyyata alsalar belə, evdə müalicə olunan xəstəyə Vitamin C, vitamin D-dən başqa heç bir dərman verilmir!!! Biz, çox şükür, apteklərdə olan dərmanları almaq gücündəyik, amma müalicə üçün virus əleyhinə apteklərdə olmayan dərmanlardan da istifadə olunur, onları haradan alaq??? Azərbaycan dövləti bu qədərmi dilənçi günündədir ki, vətəndaşlarını evdə müalicə adıyla dəhşətli virusla təkbaşına mübarizəyə məhkum edir???? Yoldaşımda şükür, xəstəlik yüngül keçir, amma virusa qarşı olan dərmanlardan istifadə etməlidir ki, ağırlaşma olmasın. Hökumət məmurlarının dillənəndə ağızlarına çullu dovşan sığmır ki, evdə müalicə olunan xəstələrə bütün dərmanlar paket halında verilir. Bəs niyə poliklinikalar yalnız vitaminləri təklif edirlər??? Evdə müalicə poliklinikalara - Səhiyyə Nazirliyinə həvalə ediləndə bilirdim ki, bu, müalicə yox, korrupsiya, yeyinti mənbəyi olacaq!!!”

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.