XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » 22 iyul təltiflərini KİMLƏR GÖZDƏN SALDI? - Cəmi 3-5 il stajı olanlar necə layiq görülüblər?

22 iyul təltiflərini KİMLƏR GÖZDƏN SALDI? - Cəmi 3-5 il stajı olanlar necə layiq görülüblər?

22 iyul təltiflərini KİMLƏR GÖZDƏN SALDI? - Cəmi 3-5 il stajı olanlar necə layiq görülüblər?
27-07-2020, 16:20

22 iyulda təltif edilən jurnalistlərin siyahısına baxdım. Bu barədə ayrıca araşdırma yazı ilə çıxış edəcəm, ortaya ciddi faktlar qoyacam. Amma indi məsələyə səthi şəkildə də olsa, münasibət bildirmək istəyirəm.

Gəldiyim qənaət belə oldu:

Azərbaycanda mətbuat sahəsində məzmunca heç bir müsbət dəyişiklik baş verməyib və müşahidələr göstərir ki, yaxın gələcəkdə də baş verməyəcək. Bu istiqamətdə nikbin düşünmək öz-özünü aldatmaqdan başqa bir şey deyil. Bunun xeyli səbəbləri var. Əvvəla, Azərbaycanda heç bir sahə inkişaf baxımından digər sahələri üstələyə bilməz. Digər sahələr nə dərəcədə inkişad edi(r)bsə, media sahəsi də bir o qədər inkişaf edi(r)b. Bu da media sahəsində atılan addımların ümumi məzmunu ilə bağlıdır.

Siyahıda ən ciddi məqamlar:

☑ Bu günə qədər dövlətdən bir neçə dəfə orden, medal, evlər alan şəxslərin yenidən təltif olunması
☑ Rusiyanın ölkəmizdə agentura şəbəkəsinə daxil olan, rusmeylli şəxslərin təltif olunması
☑ Tort, şirniyyat, ərzaq sektorunda və digər xidmət sektorunda çalışan şəxlsərin jurnalist adı altında təltif olunması və s.

Heç şübhəsiz ki, siyahıda təltif olunan şəxslər içərisində layiqli və təltif olunmağa tam haqqı olan həmkarlarımızın da adı var və bu, məni sevindirir.

⚫ Lakin media sahəsində məzmunca heç bir müsbət dəyişiklik baş verməyəcəkdisə, bu “islahat” oyunları kimə və nəyə lazımdır!? Saytların yüksək məbləğdə pulla alınması bu sahədəki pərakəndəliyi və qeyri-peşəkarlığı aradan qaldıra bilməzdi, bilmədi də. Bütün atılan addımlar forma dəyişkənliyindən başqa bir şey deyildir. Təsadüfi deyil ki, media sahəsindəki özbaşınalıq, pərakəndəlik, dərəbəylik pik həddə çatıb. Fors-major hallarda nə hökumət bu medianı idarə edə biləcək, nə də media mövcud situasiyaya uyğun fəaliyyət prinsiplərini ortaya qoya biləcək.

❌ VACİB: Jurnalistlərin təltif olunması ilə bağlı yalnız və yalnız 15 il stajı olan şəxslərin sənədlərinin təqdim olunması ilə bağlı tələb Vətəndaşların müraciət haqqında Azərbaycan Respublikasının Qanununa tamamilə ziddi addım idi və bu, Azərbaycan qanunlarını ayaq altına alıb tapdalamaqdan başqa bir şey deyildir. Burada 57-ci maddəsinə və 94-cü maddəsinin I hissəsinin 1-ci bəndi kobud şəkildə pozulub.

Maddə: 1

1.2. Vətəndaşlar müraciət etmək hüququnu sərbəst və könüllü həyata keçirirlər. Vətəndaşın öz müraciət hüququnu həyata keçirməsi digər şəxslərin hüquqlarını və azadlıqlarını pozmamalıdır.

Maddə: 4

4.0.1. Qanunçuluq
4.0.5. Müraciətlərə baxılmasında ayrı-seçkiliyə və süründürməçiliyə yol verilməməsi
4.0.6. Müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin fəaliyyətində şəffaflığın təmin edilməsi

⚫ Haqlı suallar:

☑Jurnalistlərin təltif olunması ilə bağlı redaksiyalara yalnız 15 il stajı olan jurnalistlərin sənədlərinin təqdim olunması göstərişi verilmişdi. O zaman cəmi 3, 5, 6, 10 il stajı olan şəxslər Prezidentin Fəxri Diplomunu necə əldə ediblər, “Tərəqqi” medalına necə layiq görülüblər?
☑ Prezidentin Fəxri Diplomu, “Tərəqqi”, “Əməkdar jurnalist” təltifləri ilə bağlı hansı qanunda 15 il staj tələb olunur?
☑ Yox əgər belədirsə, o zaman tələb olunan şərtlərə cavab verməyən şəxslərin adı Prezidentin imza atdığı sənədə hansı məqsədlə salınıb?
☑ Qohumlarların, dost-tanışların adları hansı qanuna və "xidmət"lərə əsasən artıq artıq 4-cü dəfədir ki, Prezident sərəncamına salınır?
☑ Hansı qanuna uyğun olaraq, bir neçə redaksiya bu təltiflərdən tamamilə məhrum edilib?

Maddə 8. Müraciətin baxılmamış saxlanılması

8.2. Bu Qanunun 8.1-ci maddəsində göstərilən hallarda müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsi müraciət edən şəxsə səbəblər göstərilməklə müraciətin (anonim müraciət istisna olmaqla) baxılmamış saxlanılması barədə beş iş günündən gec olmayaraq, şifahi müraciətin baxılmamış saxlanılması üçün əsas olduqda isə dərhal məlumat verir.

Maddə 16. Bu Qanunun pozulmasına görə məsuliyyət

❌Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar.

ZƏRURİ QEYD: Hökumətdən ev gözləyənləri də nikbin olmağa səsləmirəm və buna əsas da yoxdur. Bir çox iqtidaryönlü jurnalistlərin “mənim böyük xidmətlərim var” deməsi bu sahənin nümayənlərinə verilən “qiyməti”in məzmununu dəyişmək gücünə malik deyil. Sizin XİDMƏT dediyiniz şey vəzifəli şəxslər üçün “xidmət” sayılmaya bilər. Siyahı üzrə aparılan təhlil göstərir ki, hökuməti illərdir müdafiə edən jurnalsitlər yox, daha çox müxalif düşüncəli, “risk obyekti” hesab olunan, idarəolunması çətin olan şəxslər və dost-tanışlar, qohum-əqrəbalar təltif olunublar. Düşünürəm ki, bu məsələ də Jurnalistlər binası kimi müəyyən bir müddət sonra ciddi müzakirə mövzusuna çevriləcək. Sərəncamı verən Prezidentdir, onumu hədəfə gətirmək istəyirlər?

Samir Feyruzov //dominant.az//

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.