SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Hesab.az şirkətinin müştəri xidmətləri uçuruma düşüb....- Şikayət/FOTO

Hesab.az şirkətinin müştəri xidmətləri uçuruma düşüb....- Şikayət/FOTO

Tarix:

27-07-2020, 10:49

/ 1 383 dəfə oxundu.
Hesab.az şirkətinin müştəri xidmətləri uçuruma düşüb....- Şikayət/FOTO

Vətəndaş Emil Rüstəmov (Эмиль Рустамов) Hesab.az saytından şikayətçidir.
Emil Rüstəmov yazır, mən 5-6 il əvvəl bütün komunal və dövlət ödənişlərimi Hesab.az ilə etməyə başladım. Bütün dost tanışlarıma onu məsləhət gördüm. Məni tanıyanlar, bu sahənin içində olan adam kimi (Mərkəzi Bankda ödənişlərə nəzarət) tövsiyələrimə etibar edirdilər. Amma son zamanlar şirkətin rəhbəri Fərid İsmayılzadə şirkətdən qismən aralandıqdan sonra, müştəri xidmətləri uçuruma düşüb təəssüf.
Dəfələrlə bunun şahidi oldum və Fərid bəyin özünə yazmalı olurdum hər dəfə. Bu yaxınlarda məndən aşırı xidmət haqqı tutuldu ödəniş zamanı (bank tərəfdən) və bu barədə əvvəlcədən heç bir halda məlumat qoyulmamışdı ödəniş öncəsi. Bu da istehlakçı hüququnun pozulmasıdır bildiyiniz kimi. Müştəri xidməti mənə zəng vurmaqdan, nömrələrini qoydular ki mən yığım bunlara ))) sonra da sonda dedilər ki, heçnə edə bilmərik Naima xanımın (yeni rəhbəridir) da xəbəri var.
Teref.az yazır ki, şikayətinin axırında Emil Rüstəmov sayt rəhbərlərinə öz tövsiyyələrini verir.
Məncə müştəri xidmətləri ən vacib hissəsidir istənilən biznesin. Ona görə də bütün dost tanışlarıma özlərinə hörmət tələb etməyi tövsiyə edirəm və buna görə də təcrübəmlə bölüşməyi özümə borc bilirəm.
Qarşı tərəfin fikirlərini dinləmyə hazırıq!
Teref.az
Hesab.az şirkətinin müştəri xidmətləri uçuruma düşüb....- Şikayət/FOTO

Şərhlər

XƏBƏR LENTİ