«Məhəbbətin qüdrəti» nazir olmağa yetmədi — “Cavan qıza bel bağladım,150 min pulum getdi”
Hə, Harda qalmışdıq?… - Özünü Təhsil naziri postunda görmək istəyən bir çoxları fəallaşdılar. Amma, bir nəfər o qədər tələskənliyə yol verdi ki, hətta cənab Prezidentin adından sosial şəbəkələrdə özünün nazir təyinatı haqqında fərmanlar da yayımladı. Haqqında bər-bəzəkli təriflər yazdırdı. Xeyri olmadı, nədən ki, hələ də ortada bir şey yoxdur və deyəsən də olmayacaq. Məhəbbət Vəliyevanın bu tələm-tələsik “nazir təyinatı” baş tutmadı. Necə deyərlər “Məhəbbətin qüdrəti” nazir olmağa yetmədi.
Rubrika.Az saytında paytaxtın nüfuzlu 20 saylı məktəbinə direktor təyin olunmuş Esmira Ağayevanın bu məqsədlə qohumu və rəfiqəsi M.Vəliyevaya 150 min manat verdiyi barədə məlumat verilmişdi. Görünür Məhəbbət xanım özünün nazir təyinatına o qədər motivasiya olub ki, artıq ilkin kadr təyinatlarına da start vermək qərarına gəlib. Amma hələ təyinat olmamış, elə bu barədə ilkin məlumatlar dolaşdığı anlardan 20 saylı məktəbdə etirazlar ucalmağa başlayıb. Məktəbin kollektivi E.Ağayevanın direktor təyin olunmasına kəskin narazılıqlarını bildiriblər. Belə nüfuzlu bir təhsil ocağının da 214 saylı məktəbin gününə düşəcəyindən qorxan məktəb kollektivi öz etirazlarını ifadə ediblər.
Odur ki, E.Ağayevaya kiçik bir məsləhət vermək istəyirik. Nə qədər gec deyil öz pulunu geri alsın. Deyəsən nə rəfiqəsi nazir olan deyil, nə də ki, o 20 saylı məktəbdə direktor kimi direktor. Sonrakı peşimançılıq da hələ heç kimə fayda verməyib. Bilmək olmaz, Esmira xanım sonra Məşəd İbad sayağı ortada qalar və oxuyar ki, “cavan qıza bel bağladım,150 min pulum getdi.”
Rubrika.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...