"Neolit”in ərazisində ağacların məhv edilməsi ilə bağlı cinayət işi başlanıldı
Bakının Nizami rayonu ərazisində yerləşən “Neolit” MMC-yə məxsus “Neolit” restoranının ərazisində olan torpaq sahəsində ağacların məhv edilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş material üzrə Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində yoxlama aparılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, aparılan araşdırmalarla “Neolit” restoranının arxa hissəsindəki ərazidə betonlama işləri həyata keçirilərkən ağacların həyətin digər hissəsinə köçürülməsinə görə çinar ağaclarından 9 ədəd kök üstə quruması, 21 ədəd şam ağacının məhv edilməsi nəticəsində təbiətə 37 min manat məbləğində ziyanın dəyməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 259.2.3, 259.2.4 (qanunsuz ağac kəsmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.
Hazırda Baş İdarə tərəfindən istintaqı aparılan cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...