XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "Cahan Holding"in pul qazanma həvəsi insanlarımızın həyatını risqə atır - FOTOFAKT

"Cahan Holding"in pul qazanma həvəsi insanlarımızın həyatını risqə atır - FOTOFAKT

"Cahan Holding"in pul qazanma həvəsi insanlarımızın həyatını risqə atır - FOTOFAKT
13-07-2020, 09:48

Süfrələrimizin ən vaz keçilməz neməti yumurtadır. Bir çox yeməklərimizdən tutmuş şirniyyatlarımıza qədər ən müxtəlif qida məhsullarımızın əsas xammalı olan yumurtanın təzəliyi sağlamlığımız üçün də böyük önəm daşıyır. Köhnəlmiş yumurtalar qidaya yararsız olduqları kimi, istehlakçıların zəhərlənməsinə də yol aça bilər. Bunun ən bariz nümunəsi ötən il elə bu vaxtlar yaşanmışdı. Xatırlayırsınızsa, ötən ilin 17 iyulunda “Sədərək” Ticarət Mərkəzi və “Meyvəli” bazarda kütləvi zəhərlənmə hadisəsi qeydə alınmış, daha sonra Səhiyyə Nazirliyi rəsmi açıqlama verərək, zəhərlənmənin yumurtadan törədiyini bildirmişdi.

Köhnə yumurtanın insan sağlamlığı üçün təhlükəliliyini nəzərə alan bir çox ölkələrdə onun üzərinə istehsal və son istifadə tarixinin yazılması barədə qərar veriblər. Məsələn, Türkiyədə Qida və Kənd Təsərrüfatı Nazirliyi istehlak yumurtası üçün son istifadə tarixini 28 gün müəyyənləşdirib. Özü də A tipli yumurtada. Yəni ən keyfiyyətli məhsulda.

Azərbaycan KTN-nin elə bir təlimatının olub-olmadığı barədə heç bir məlumatımız yoxdur. Hər halda hər gün aldığımız yumurtanın üstündə belə bir tarix göstərilmir. Maraqlıdır ki, Naxçıvan bu sahədə Azərbaycanı qabaqlayıb. Muxtar Respublikada istehlak yumurtalarının üzərində istehsal və son istifadə tarixi yazılır. Amma bu müsbət addımda da Naxçıvan izi mütləq sezilir. Bilirsinizmi nədə? Dünyanın bütün ölkələrində yumurtanın təzəliyi 3-5 həftə nəzərdə tutulursa, Muxtar Respublikada bu müddət 3 aydır. İnanmırsınızmı? Buyurun bu da sizə “Cahan” yumurtalarının son istifadə tarixi. //ovqat.com//
"Cahan Holding"in pul qazanma həvəsi insanlarımızın həyatını risqə atır - FOTOFAKT

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.