SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Qarabağ Əlili Mehriban xanım Əliyevaya müraciət etdi: " DSMF-nin şöbə müdürü sizin tapşırığınızı qulaqardna vurub....."

Qarabağ Əlili Mehriban xanım Əliyevaya müraciət etdi: " DSMF-nin şöbə müdürü sizin tapşırığınızı qulaqardna vurub....."

Tarix:

13-07-2020, 01:13

/ 1 370 dəfə oxundu.
Qarabağ Əlili Mehriban xanım Əliyevaya müraciət etdi: " DSMF-nin şöbə müdürü sizin tapşırığınızı qulaqardna vurub....."

Qarabağ əlili olan vətəndaşımızın şikayəitini dərc edir. Artıq məmurlar o dərəcədə harınlayıblar ki, onlar 1-ci vetse prezident Mehriban xanım Əliyevanın belə şəxsi tapşırığını yerinə yetirmirlər. Şikayət məktbunu təqdim edirik:
Azərbaycan Respublikasın birinci vitse-prezidenti hörmətli Xanım Mehriban Əliyevaya

Surəti : Azərbaycan Respublikası Prezidentinin köməkçisi cənab Anar Ələkbərova

Surəti : Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayevə

Surəti : Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılova

İkinci dərəcəli Qarabağ müharibəsi əlili, ehtiyyatda olan Gizir Əzizzadə Rəhman Həsən oğlu tərəfindən
050-897-09-14

Ş İ K A Y Ə T Ə R İ Z Ə S İ :

Çox Hörmətli Mehriban xanım !

Bildiyimiz kimi Qarabağ müharibəsi əlillərinin, veteranlarının və şəhid ailələrinin sosial problemlərinin həlli, həyat şəraitinin yaxşılaşdırılması hər zaman dövlətimizin diqqət mərkəzində olmuşdur. Siz, hər zaman Vətənimizin müdafiəsi zamanı sağlamlıqlarını itirərək əlil olmuş hərbiçilərimizə xüsusi diqqət və qayğı göstərmisiniz. Siz, həmin şəxslər ilə mütəmadi olaraq görüşür, problemlərini dinləyir və həlli istiqamətində yerindəcə tapşırıqlar verirsiniz.

03.04.2019-cu ildə Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə keçirilən görüş zamanı məhz Sizin iştirakınzda hərbçilərimizə, qazilərimizə göstərilən diqqət və qayğının daha bir nümunəsidir.

Həmin görüşdə iştirak etmək mənə də nəsib olmuşdur. Görüş zamanı Sizinlə söhbət etmək imkanım da oldu. Söhbət zamanı Siz, mənim problemlərim ilə yaxından maraqlandız və nə çətinliyim olduğuna dair sual verdiniz. Mən də öz növbəmdə məni narahat edən sıxıntılar haqqında Sizə danışdım. Söhbət zamanı, mənim artıq 28 yaşıma keçməyimə baxmayaraq müəyyən problemlər səbəbindən ailə qura bilməməyimi sizin diqqətinizə çatdırmışdım. Həmin zaman anam gözdən əlil, atam da Qarabağ müharibəsi əlili olduğunu sizə bildirdimişdim . Mən bu günə qədər də kirayədə yaşayıram. Buna görədə ailə qurmaqda çətinlik çəkirəm. Sizdən xahiş etmişdim ki, məni öz humanist prinsiplərinizə uyğun olaraq bu çətinlikdən qurtarasınız.

Siz, həmin zaman problemlərimi əks etdirən məktubumu məndən qəbul edərək keçmiş köməkçiniz olan hörmətli Anar müəllimə təqdim etdiniz. Anar müəllimə tapşırıq verdiz ki, məni dərhal mənzil ilə təmin etsinlər. Anar müəllim də sağ olsun, dərhal məsələnin həlli istiqamətində "DSMF"-yə tapşırıq verdi. Həmçinin də mənimlə "DSMF"-nin şöbə müdiri, Vüqar Behbudov ilə görüşümüzü təşkil etdilər. Sizinlə görüş zamanı verdiyiniz tapşırığı bir daha Vüqar Behbudovun diqqətinə çatdırdım. Vüqar Behbudov isə öz növbəsində Sizin verdiyiniz tapşırığdan xəbərdar olduğunu bildirdi. Mənə söylədi ki, Sən narahat olma, biz məsələni həll edib sənə məlumat verəcəyik. Bu da mənim əlaqə nömrəm. Mənimlə istədiyin zaman əlaqə saxlaya bilərsən.

Artıq bir ildir ki, "DSMF"-nin şöbə müdiri Sizin verdiyiniz tapşırığı hələ də icra etməyib. Onunla əlaqə saxlayıb problemin nə zaman həll olunacağını soruşanda hər dəfə bir bəhanə ilə bu-gün sabah edə-edə, artıq vaxtı bir ilə kimi uzadıb. V.Behbudovun Sizin veridyiniz tapşırığa biganə yanaşmasının səbəbini heç cürə anlaya bilmirəm.

Sizdən xahiş edirəm ki, "DSMF"-nin şöbə müdiri olan Vüqar Behbudovun, Sizin verdiyiniz tapşırığa biganə yanaşmasının səbəbinin araşdırılmasına və Sizin mənim mənzil məsələmin həlli istiqamətində verdiyiniz tapşırığın icra olunmasında qətiyyətli tapşırıqlarınızı verəsiniz.

Hörmətlə : Qarabağ əlili Rəhman Əzizzadə.

Şərhlər

XƏBƏR LENTİ