Sabunçunun icra başçısı operativ qərargahın qoyduğu qaydaları pozur - VİDEO
Bakıda supermarketlərdən birinin bir neçə şöbənin qanunsuz şəkildə bağlanması tələb olunub...
Bu barədə redaksiyamıza daxil olan məlumatda qeyd edilib.
Söhbət paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsi 27 C ünvanında yerləşən “Megastore” mağazalar şəbəkəsindən gedir.
Göndərilən məlumatda iddia olunur ki, ötən gün Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin iştirakı ilə ərazidə reyd keçirilib:
“Ötən gün mağazaya Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev gəlmişdi. Çəkiliş apardılar. Bu zaman bizə qadağa olunduğu halda, nə üçün mağazada oyuncaq, tekstil şöbələrinin işlədiyi sual olundu.
Daha sonra isə həmin şöbələrin lentə alınması və bu şöbələrdə satışın dayandırılması tələb olundu. Bildirildi ki, növbəti dəfə bu məqam müşahidə edilərsə, cərimə tətbiq ediləcək. Bu barədə hüquqşünaslarımıza da məlumat vermişik. Xahiş edirik, məsələnin ictimaiyləşdirilməsinə kömək edəsiniz”.
Şikayət əsasında Baku TV-nin çəkiliş qrupu sözügedən mağazada olub və vəziyyətlə yerindəcə tanış olub.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...