Bağlanan bankda pulu qalan xarici vətəndaş Mərkəzi Bankın qarşısında aksiya keçirib - VİDEO
Bağlanan banklarda əmanətləri olan vətəndaşların öz pullarını götürməsi ilə bağlı yaranmış problem barədə məlumat vermişdik.
Yeniavaz.com xəbər verir ki, belə çətinlik yaşayan və xarici ölkə vətəndaşı olduğu ehtimal edilən bir nəfər bu gün Mərkəzi Bankın qarşısında aksiya keçirib. O da belə problem yaşadığını bildirib(hansı bank olduğu qeyd olunmur) və əmanətin geri verilməsini tələb edib. Sözügedən şəxs hətta əmanətin sığortasının olmamasına görə üzr istəməyə hazır olduğunu da bildirib. Banka əmanət kimi qoyduğu pulu qazanmaq üçün gecə-gündüz çalışdığını dilə gətirən orta yaşlı kişi, onunla birlikdə Mərkəzi Bankın önündə etiraz edən qadının sualına cavab olaraq bildirib ki, onun əmanətinin miqdarı 12 min dollar olub.
Həmin anların görüntüsünü təqdim edirik:
Qeyd edək ki, bu il may ayının 12-də kapitallarını tam itirdiklərinə, kreditorları qarşısında öhdəliklərini yetirə bilmədiklərinə, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiklərinə görə AMB-nin İdarə Heyəti “Banklar haqqında” qanunun 16.1.6-cı, 16.1.7-ci və 16.1.9-cu maddələrinə əsasən “AGBank”ın və “Banklar haqqında” qanunun 16.1.6-cı, 16.1.7-ci, 16.1.8-ci, 16.1.9-cu və 16.1.16-cı maddələrinə əsasən “NBCBank”ın lisenziyaları ləğv edilib və hər iki bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.
Ötən ayın 25-də isə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyev, “AtaBank” ASC, “Amrahbank” ASC, “AGBank” ASC və “NBC Bank” ASC-nin bir zamanlar qanunsuz olaraq götürdüyü əmanətlərin müvəqqəti olaraq blok edildiyini açıqlamışdı. O bankları blokdan çıxarmağa çalışacaqlarını, mümkün olmadığı təqdirdə isə, qanunsuz qəbul edilmiş əmanətlərlə bağlı məsələnin vətəndaşların xeyrinə həll edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edəcəklərini bildirmişdi.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...