FHN-də koronavirusa yoluxanlar var – Rəsmi
Pandemiya dövründə ön cəbhədə fəal mübarizə aparan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları arasında yenidən koronavirusa yoluxma halları müşahidə edilib...
FHN-in mətbuat katibi Gülçin Mehdiyeva açıqlamasında bildirib ki, hələ fevral ayından etibarən Nazirlik tərəfindən ölkə sərhədlərində qurulmuş qəbul-çeşidləmə məntəqələrində çalışan, vətəndaşların xüsusi karantin rejiminin tələblərinə əməl etməsi ilə bağlı təşkil olunmuş patrul xidmətinə, habelə gündəlik baş verən hadisələrlə əlaqədar qəza-xilasetmə işlərinə cəlb olunan və digər istiqamətlərdə fəaliyyət göstərən əməkdaşlar virusa yüksək yoluxma təhlükəli risk qrupuna daxildirlər.
“Yoluxmalarımız var. Sağalan əməkdaşlarımız da var. Hazırda evə buraxılan və müalicə alan FHN əməkdaşları da var”, – deyə FHN sözçüsü qeyd edib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək