XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "COVİD-19" virusu ilə bağlı dövlətlərin birgə mübarizəsinə dair təşkil olunmuş ZİRVƏ GÖRÜŞÜ

"COVİD-19" virusu ilə bağlı dövlətlərin birgə mübarizəsinə dair təşkil olunmuş ZİRVƏ GÖRÜŞÜ

"COVİD-19" virusu ilə bağlı dövlətlərin birgə mübarizəsinə dair təşkil olunmuş ZİRVƏ GÖRÜŞÜ
30-06-2020, 09:49

“Bakı Avrasiya” Universitetinin məzunu, Nərimanov rayonun fəal gənci – Mehriban Xəlilli

İlk öncə qeyd etmək istərdim ki, Qoşulmama Hərəkatı (QH) soyuq müharibə dövründə bir neçə dövlətlərin siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməməsi üçün yaradılmış bir təşkilatdır. Təşkilatın hazırda 120 üzvü var. Həmçinin 17 müşahidəçi dövlət, 10 müşahidəçi beynəlxalq təşkilat da var. Qoşulmama Hərəkatının əsas məqsədlərindən biri də beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etməkdir. İş prinsipinə gəlincə isə idarəçiliyi qeyri-iearxik və rotasiya əsasında fəaliyyət göstərir. Həmçinin təşkilata üzv olan hər bir dövlət təşkilatın əsas prinsiplərindən biri olan "Bonduq prinsipləri" əsas götürülür. Qoşulmama Hərəkatının bilavasitə münaqişələrə müdaxilə edəcək resurs və alətləri yoxdur. Qoşulmama Hərəkatı 120 ölkəni birləşdirməklə BMT-nin Baş Assambleyasından sonra dünya dövlətlərini təşkil olduğu ən böyük təşkilatdır.
Azərbaycan da digər 120 üzv dövlətlərin üzv olduğu bu təşkilatın içərsindədir. Qoşulmama Hərəkatının XVIII sammitində təşkilatın sədri Azərbaycan seçilmişdir. Azərbaycan bildirib ki, təşkilata sədrlik etdiyi dövrlərdə "Banduq prinsiplərini" əsas götürəcək və beynəlxalq tədbirlərdə təşkilatı təmsil edəcək. Bu gün, Qoşulmama Hərəkatının Sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarıdır.
Bu gün, dünyanı öz cənginə almış qlobal problərdən biri də koronavirusdur. Bir çox dünya ölkələri bu virus qarşısında acizdir. Artıq neçə müddətdir ki, virus davam edir və günü gündən öz fəsadları ilə artmağa davam edir. Qoşulmama Hərəkatına üzv olan bütün dövlətlər bu məslə ilə bağlı bir çox tədbirlər həyata keçirmiş, ciddi addımlar atmışdır. Hazırki vəziyyəti nəzərə alaraq bir çox görüşlər virtual şəkildə həyata keçirilir. Buna nəzərən mövcud vəziyyəti nəzərə alaraq bir çox ölkə başçıları mühüm görüşlərini videokonfrans şəklində həyata keçirirlər.
Həmçinin bu görüşlər arasında ölkə başçımızın da videokonfrans şəklində həyata keçirdiyi Zirvə görüşünü də qeyd etmək olar.
Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsü ilə 2020-ci il mayın 4-də QH-nin Təmas Qrupunun "COVİD-19" pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşü təşkil edildi. Bu tədbirdə Qoşulmama Hərəkatı üzv dövlətləri ilə yanaşı BMT-nin Baş Katibi, BMT Baş Assambleyasının Prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak etdilər.
Zirvə görüşündə konfrans başlamamışdan öncə cənab Prezidentimiz İlham Əliyev görüşün iştirakçılarını salamlayaraq çıxış etdi.
O, çıxışında qeyd edirdiki;
"Hörmətli Zirvə görüşünün iştirakçıları. Mən, sizi səmimiyyətlə salamlayıram. Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşü qlobal pandemiyaya - koronavirus xəstəliyinə qarşı mübarizəyə həsr olunmuşdur. Zirvə görüşünün gündəliyi üzv dövlətlərlə razılaşdırılmışdır. Etiraz yoxdursa, Zirvə görüşünün gündəliyi qəbul olunur. Mən, Qoşulmama Hərəkatının Təmas Qrupunun "COVID-19"la mübarizəyə həsr olunan onlayn Zirvə görüşünü açıq elan edirəm.
Azərbaycan Qoşulmama Hərəkatının sədr ölkəsi kimi, Hərəkatın 1996-cı ildə qəbul olunmuş Metodologiyalar üzrə Kartaxena sənədindən çıxış edərək koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun yaradılması və bu formatda Zirvə görüşünün keçirilməsi təşəbbüsünü irəli sürmüşdür.
Təqdirəlayiq haldır ki, Qoşulmama Hərəkatının bütün üzv dövlətləri bu təşəbbüsü yekdilliklə dəstəkləmişdir. Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak prinsipi əsasında bütün regional qruplardan olan ölkələr təmsil olunmuşdur.
Zirvə görüşündə iştirakına görə, Təmas Qrupuna daxil olan dövlətlərə təşəkkürümü bildirirəm. Mən, eyni zamanda, Zirvə görüşünə qatılan BMT Baş Assambleyasının sədrinə, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoruna və Afrika İttifaqının Komissiyasının sədrinə öz minnətdarlığımı ifadə etmək istərdim".
Daha sonra isə Prezident "COVİD-19" virusun dünya da yaratdığı problemlərlə bağlı müzakirələr etdi sonda isə Zirvə Görüşünün iştirakçıları hər biri keçirilmiş videokonfransla bağlı öz təəssüratlarını bildirərək təşəkkürlərini bildirdilər. Tərkibində 120 ölkəni birləşdirən QH BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ikinci ən böyük siyasi təsisatdır.
Bu gün biz Ölkə başçımızın öncə görən və uğurlu siyasəti nəticəsində biz bu çətin vəziyyətən xilas olacağımıza və bu problemden ən az zərərlə çıxmış ölkələrdən biri olacağımıza inanırıq.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.