SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Mais Ağayev və ailə üzvləri koronavirusa yoluxdu

Mais Ağayev və ailə üzvləri koronavirusa yoluxdu

Tarix:

29-06-2020, 09:34

/ 946 dəfə oxundu.
Mais Ağayev və ailə üzvləri koronavirusa yoluxdu

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev və ailə üzvləri koronavirusa yoluxub...
Bu barədə mətbuat katibi özü məlumat verib.

O qeyd edib ki, bir neçə gün əvvəl özü, həyat yoldaşı və oğlunun verdiyi COVID-19 testinin nəticələri pozitiv çıxıb.

Mais Ağayev koronavirusa yoluxmasına baxmayaraq pozitivliyini qorumağa çalışdığını deyib:

“Biz inanırıq ki, virusa qalib gələcəyik. Çünki dövlətimiz tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir. Amma biz də vətəndaş olaraq, üzərimizə düşən məsuliyyəti dərk etməliyik. Bizdən tələb olunan sadə qayda maska taxmaq və sosial məsafə gözləməkdir. Avtobusda bir sərnişinin məsuliyyətsiz davranışı ictimai nəqliyyatın fəaliyyəti baxımından ciddi bir riskdir”.

O, hər kəsi ehtiyatlı olmağa çağırıb:

“Sabah mənim kimi sürücülər də, qarajlarda çalışanlar da yoluxa bilər. Belə olan təqdirdə marşrut şəbəkəsinin fəaliyyətinin dayandırılması qaçılmaz olacaq. Ona görə də çalışın sağlam qalın”.

Şərhlər

XƏBƏR LENTİ