Şəhidin ailə üzvləri koronavirusa yoluxdu
Şəhid Şaban Cəfərovun həyat yoldaşı Şərafət Cəfərova və qızı Nərminə Cəfərova yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub...
Bu barədə Report-a şəhidin qızı N.Cəfərova özü bildirib.
Onun sözlərinə görə, testin nəticəsi hələlik məlum olmasa da, hazırda o, Mingəçevir şəhərindəki yaşadığı mənzildə ev şəraitində müalicəyə cəlb olunub. Anası Ş.Cəfərova isə koronavirus testi pozitiv çıxdığından Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
“Hazırda özümü heç yaxşı hiss etmirəm. Danışmaqda çətinlik çəkirəm. Ümid edirəm ki, tezliklə sağalacağıq”, - o bildirib.
Qeyd edək ki, Şaban Cəfərov 1988-1992-ci illərdə Ağdam rayonunun Abdal Gülablı kəndində gedən döyüşlərdə şəhid olub.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...