AzTV-də 50-dən çox əməkdaşda koronavirus aşkarlandı
- 25-06-2020, 13:04
- 1 105
Yenicag.az-ın əldə etdiyi məlumata görə, yoluxanlar arasında sədr müavini Rafiq Həşimov, AzTV-nin Televiziya və Radio Akademiyasının prorektorları Almaz Mahmud, Ülfət Rəhimova da var.
Vəzifəli şəxlərlə yanaşı AzTV-də 50-dən çox şəxsin koronavirusa yoluxduğu deyilir. Rəsmi məlumatlarda isə cəmi altı nəfərin yoluxduğu göstərilir.
Yoluxmanın geniş yayılmasına səbəb isə AzTV-nin operatorlarından birinin koronavirusa yoluxduqdan sonra karantinə alınması, onunla ünsiyyətdə olan şəxslərin isə təcrid edilməməsidir.
AzTV-də hazırda vəziyyətin çox acınacaqlı olduğu bildirilir.