SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » AzTV-də 50-dən çox əməkdaşda koronavirus aşkarlandı

AzTV-də 50-dən çox əməkdaşda koronavirus aşkarlandı

Tarix:

25-06-2020, 13:04

/ 1 099 dəfə oxundu.
AzTV-də 50-dən çox əməkdaşda koronavirus aşkarlandı

"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də 50-dən çox əməkdaş koronavirusa yoluxub...
Yenicag.az-ın əldə etdiyi məlumata görə, yoluxanlar arasında sədr müavini Rafiq Həşimov, AzTV-nin Televiziya və Radio Akademiyasının prorektorları Almaz Mahmud, Ülfət Rəhimova da var.

Vəzifəli şəxlərlə yanaşı AzTV-də 50-dən çox şəxsin koronavirusa yoluxduğu deyilir. Rəsmi məlumatlarda isə cəmi altı nəfərin yoluxduğu göstərilir.

Yoluxmanın geniş yayılmasına səbəb isə AzTV-nin operatorlarından birinin koronavirusa yoluxduqdan sonra karantinə alınması, onunla ünsiyyətdə olan şəxslərin isə təcrid edilməməsidir.

AzTV-də hazırda vəziyyətin çox acınacaqlı olduğu bildirilir.

Şərhlər

XƏBƏR LENTİ