SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İlham Əliyev qanunu imzaladı

İlham Əliyev qanunu imzaladı

Tarix:

19-06-2020, 16:15

/ 1 415 dəfə oxundu.
İlham Əliyev qanunu imzaladı

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Dəyişikliyə əsasən, Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilib:

1. Babək qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Babək qəsəbəsinə şəhər statusu verilsin, Babək qəsəbə inzibati ərazi dairəsi Babək şəhər inzibati ərazi dairəsi hesab edilsin.

2. Cəhri kənd inzibati ərazi dairəsi tərkibindəki Cəhri kəndinə qəsəbə statusu verilsin, Cəhri kənd inzibati ərazi dairəsi Cəhri qəsəbə inzibati ərazi dairəsi hesab edilsin.

3. Nehrəm kənd inzibati ərazi dairəsi tərkibindəki Nehrəm kəndinə qəsəbə statusu verilsin, Nehrəm kənd inzibati ərazi dairəsi Nehrəm qəsəbə inzibati ərazi dairəsi hesab edilsin.

Şərhlər

XƏBƏR LENTİ