Səlim Müslümovun da borcu var imiş... - İDDİA
Ağsu şəhəri Koroğlu küçəsində yerləşən, keçmiş Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova məxsus istixananın istifadə edilmiş qaza görə “Azəriqaz”a 200 min manatdan çox borcu var.
Sozcu.az-a istinadən əldə etdiyimiz məlumata görə, 2016-cı ilin fevral ayından fəaliyyətə başlayan istixanada fəaliyyətə başlayandan bu günə kimi istifadə edilmiş təbii qazın dəyərinin ödənişi ilə bağlı bütün dövrlərdə çox ciddi problemlər olmuşdur.
Sabiq nazirə məxsus istixana fəaliyyətə başladığı gündən müxtəlif bəhanələr ilə ödənişdən yayınmışdır.
“Azəriqaz” İstehsalat Birliyi, fəaliyyətə başlayanda “Aqrotexsevis” MMC, daha sonra isə, naməlum səbəbdən türk iş adamına verilərək adı “Formes.az.group” kimi dəyişdirilən istixananı məhkəməyə verərək qətnamə çıxarılmasına nail olsa da, bu günə qədər Şəki İnzibati İqtisad Məhkəməsinin qətnaməsi icra olunmadan qalıbdır.
Əldə etdiyimiz məlumata görə, istixanaya qaz verilişi borca görə dəfələrlə dayandırılsa da, Səlim Müslümov öz şəxsi nüfuzundan istifadə edərək, qazı qoşdurmağa nail olmuşdur.
P.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək