SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » AMEA-dan daha bir həyəcanlı XƏBƏR - Alimlərimizin həyatı təhlükədədir!

AMEA-dan daha bir həyəcanlı XƏBƏR - Alimlərimizin həyatı təhlükədədir!

Tarix:

18-06-2020, 09:50

/ 1 136 dəfə oxundu.
AMEA-dan daha bir həyəcanlı XƏBƏR - Alimlərimizin həyatı təhlükədədir!

Son günlər Azərbaycan da daxil olmaqla dünyanın əksər ölkələrini sarsan koronavirus pandemiyasının daha da ağırlaşması haqlı olaraq dövlət qurumlarımızı daha sərt addımların atılmasına sövq edir. Amma buna rəğmən hələ də cəmiyyətin dövlət tərəfindən yürüdülən sərt müdafiə rpoqramlarına adekvat reaksiya verməməsi xəstəliyin arealını ölkə daxilində genişləndirməkdədir. DİA.AZ bildirir ki, artıq pandemiyaya yoluxanlar sırasında tanınmış simalarımız da yetərincədir.

Dünən məlumat vermişdik ki, artıq koronavirus pandemiyası Ramiz Mehdiyevin rəhbrəlik etdiyi Azərbaycan Milli Elmlər Akademiyasının çalışanlarını da haqlayıb.

Bu barədə verilən xəbərdə bildirilir: "AMEA-nın Neft Kimya Prosesləri institutunda koronavirus yayılıb. AMEA-nın müxbir üzvü Əsədov Ziyafəddinin vəziyyəti ağırdır".

DİA.AZ-a daxil olan növbəti məlumatda da deyilirdi ki, AMEA Neft Kimya Prosesləri İnstitutunda, AMEA müxbir üzvü Əsədov Ziyafəddin vəziyyəti ağırdır, rəhbərlik etdiyi şöbənin 49 əməkdaşı evdə özünü təcrid edib. İnstitutun əməkdaşları narahatlıq keçirir. Kimin kimlə əlaqədə olması bilinmir. Direktor Vaqif Abbasov gizlətməyə neçə gündü çalışır. Əməkdaşlari həyatını və ailələrini riskə atır. Nəticədə institut əməkdaşları arasında yayılma təhlükəsi yaranıb.

Redaksiyamıza dünən günün sonunda isə daha bir xəbər göndərilib:

"Sizin saytda Milli Elmlər Akademiyasının Neft Kimya Prosesləri İnstitutunda koronavirus yayılmasi həqiqətdir. AMEA-nın müxbir üzvü Ziyafəddin Əsədovun Dia.az saytına açıqlamasında test verdiyi cavabın hələ bilinmədiyini, institut direktoru Vaqif Abbasovun isə Oxu.az saytına açıqlamasında 1 aydı Əsədovun işə qəlmədiyi və virusa yoluxduğu deməsi sadəcə ört-basdır etməkdir. Əsədov yaxın günlərdə institutda olub və iclasda iştirak edib. Virusa yoluxmadan sonra isə Vaqif Abbasov gizlədib və əməkdaşları iyun 18 dən məcburi məzuniyyətə göndərilir ki, özü və Əsədovun əməkdaşları və ünsiyyətdə olduğu digər əməkdaşlar karantinə alınmasın. Abbasovun səhlənkarlığı nəticəsində virusun yayılması ehtimalı yaranıb".

Şərhlər

XƏBƏR LENTİ