XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Problemlərimiz «təhsil islahatlarından» başlanır: FACİƏ YOXSA FƏLAKƏT?! — MİKAYIL CABBAROVA MÜRACİƏT

Problemlərimiz «təhsil islahatlarından» başlanır: FACİƏ YOXSA FƏLAKƏT?! — MİKAYIL CABBAROVA MÜRACİƏT

Problemlərimiz «təhsil islahatlarından» başlanır: FACİƏ YOXSA FƏLAKƏT?! — MİKAYIL CABBAROVA MÜRACİƏT
17-06-2020, 10:25

"Mənim səndən sənə şikayətim var”

Son illərin ən uğurlu kadr seçimlərindən biri olan Mikayıl Cabbarov haqqında hələ illər əvvəl yazmışdım ki, o ölkənin baş naziri olmağa layiq bir şəxsdir. Doğrudan da göstərilən etimadı layiqincə doğruldan Mikayıl müəllim çoxlarının “supernazir” adlandırdığı bir səlahiyyət sahibinə çevrilib. Təhsil naziri postunu tərk edərkən Ceyhun Bayramovun onu əvəzləyəcəyini də proqnozlaşdırmışdım. Kaş ki, bu dəfə yanılaydım,səhv edəydim. Amma,neyləyəsən ki, Mikayıl müəllim C.Bayramovu Azərbaycan təhsilinin baş bəlasına çevirərək özü yeni uğur səhifələri yazmağa getdi.

“Mənim səndən sənə şikayətim var” misalı kimi olmasın, amma Mikayıl müəllimə Təhsil sistemini miras buraxdığı kadrı barəsində bir neçə kəlmə demək istərdim.

“Mehriban düşmənlər”

Cənab Cabbarov, məlumunuz olsun ki, C.Bayramov ona göstərilən etimadı doğrulda bilmədi. Təhsil nazirliyi bu gün intriqalar meydanına,müxtəlif qruplaşmaların
mübarizə ocağına çevrilib. Nazir artıq bütün nazirliyə nəzarət edə bilmir. “Mehriban düşmənlər”-Ceyhun Bayramov və Məhəbbət Vəliyeva hal-hazırda mövqelərini möhkəmləndirmək üçün çaba sərf edirlər. Hər biri öz yaxınlarını nazirliyə toplamaq uğrunda yarışır. Baytar, vergi müfəttişi, aqronom-kim olur olsun,yetər ki, komandanın üzvü olsun -vəzifəyə gətirilir və onlar bu gün Azərbaycan təhsilinin taleyini həll edirlər. Elə bu səbəbdəndir ki, artıq Məhəbbət Vəliyeva da nazir olmaq eşqinə düşüb.

İnsan resursları nazirlikdə bazar predmetinə çevrilib

Mən hələ insan resursları şöbəsinin müdiri Eşqi Bağırovun əməllərini demirəm. Onun sayeyi-mərhəməti nəticəsində insan resursları nazirlikdə bazar predmetinə çevrilib. Müəllimlərin işə qəbulu və yerdəyişməsi zamanı elə qanunsuzluqlara yol verilir ki, mən deyim faciədir, siz deyin fəlakətdir. Sanmayın ki, Ceyhun Bayramovun gözləri önündə baş verən bu qanunsuzluqların tək icraçısı Eşqi Bağırovdur. Əslində bütün bu yerdəyişmə,vakansiya oyunları Təhsil İnstitutunun direktoru Emin Əmrullayevin rəhbərliyi ilə həyata keçirilir. Bu gün müəllimlərin yerdəyişməsi, vakansiyalar, işə qəbul prosesləri çox dəhşətli korrupsiya və rüşvət mexanizminə çevrilib. Bax beləcə Emin Əmrullayev, Eşqi Bağırov və müavini Murad Camalzadə müəllim olmaq istəyənlərə ilk “dərs” keçirlər.

Mikayıl müəllim, hər zaman haqqınızda yüksək fikirdə olmuşam və sizi baş nazir olmağa ən layiqli namizədlərdən biri hesab etmişəm. Yəqin ki, möhtərəm cənab Prezident zamanında bu şansı da sizə tanıyar. Amma sizdən bir xahişim var. Təhsil sisteminə urcah etdiyiniz kadrınız barəsində bir daha düşünün. O başqa sahədə bəlkə də əvəzedilməz bir kadrdır. İmkan yaradın ki, o özünü sübut edə bilsin. Beləliklə həm Azərbaycan təhsili qazanar, həm də Ceyhun müəllim daha böyük uğurlara imza atmış olar.

Nicat Mahmudov
Rubrika.Az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.